Nar mürəbbəsinin dadlı resepti
Hərkəs narın çox vitaminlərlə zəngin və onun insana nə qədər xeyir olduğunu bilir. İnternetdə nar haqqında çox maraqlı məlumatlar var, təkrar etməmək üçün, biz yalnız bunu demək isdəyirik ki, Quranda da adı çəkilən nar – insan üçün ən xeyirli bitkilərdən biridir. Nar qan təzyiqini və qanda olan qlyükozanın səviyyəsini aşağı salır və bu səbəbdən nar hipertonik və diabetiklər (təbii ki, az miqdarda və turş sortlar) üçün çox xeyirlidir.
Həmçinin, aşbazlar da nardan çox dadlı şeylər hazırlayırlar. Məsələn, cem, mürəbbə, şirniyyat və s. Sosial şəbəkələrdə çox fərqli reseptlər var. Axdararkən və hamısına bir-bir baxdıqca fikirlərimiz dağılır. Beləliklə biz sizə “nar” mürəbbəsinin reseptini təqdim edirik.
Nar mürəbbəsinin resepti
Bəzi insanlar mətbəxdə uksus (sirkə) hər şeyə əlavə edirlər ki, yeməyin dadı daha dadlı çıxsın. Lakin heç kəs bilmir ki, uksus çox zəruridir mədə üçün. Lap dozası az olsa da uksus mədəni, boğazı yandırır, ürək damarına ziyandır, bir sözlə insanın vəziyəti çətinləşdirə bilər. Uksusu istifadə etməmək məsləhət görürük, əgər sizin üçün sağlamlığınız birinci növbədədirsə.
Nar mürəbbəsi üçün tələb olunan məhsullar
Mürəbbəni hazırlamaq üçün bizim bu məhsullara ehtiyacımız olacaq:
Şirin narlar – 2 kq, və ya 400-700 qr nar toxumlarından;
Şəkər – 1 stəkan;
Limon suyu – 1 çay qaşığı;
Su – 1 stəkan.
Qablaşdırma üçün tələb olunan qab-qacaq
Qablaşdırma üçün: kiçik ölçülü banklar, qapaqlar və qapaq bağlayan maşın.
Beləliklə, işə başlayaq. Narları qabıqlarından təmizləyin və meyvəni bir qazana qoyun. 1 stəkan su tökün, orta isti qazın üzərinə qoyun və qaynayanadək gözləyin. Sonra 1 fincan şəkər və 1 çay qaşığı limon suyu tökün. Fasilələrlə 20 dəqiqə qarışdırın.
Qatılaşdısa, demək mürəbbə hazırdır. Hazır olannan sonra onu soyudun və bankalara qoymağa başlayın. Bankaları xüsusi qapaq maşını ilə bağlayın və qışı gözləyin.
siz boyrek agrilarina qarwi tebbi otlardan yazardiniz.
Təklifinizi nəzərə alacıq. Rəy bildirdiyiniz üçün təşəkkür edirik.