Bitkilər

Narı buzxanada saxlamağın üsulu

Narı buzxanada

Nar vitamin və mineralla zəngin bir meyvədir. Nar suyu antioksidanlar baxımından çox zəngindir. İndi də mövsümü olduğunu nəzərə alsaq, yəqin ki, hamımızın evində nar var. Bəs bütün ilboyu təzə nar yemək nə qədər inandırıcıdır? Ümumiyyətlə, bu, mümkündürmü? Narı buzxanada saxlamaqla buna nail ola bilərikmi? Narı buzxanda necə və nə qədər müddət saxlamaq olar? Bunun üçun aşağıdakıları bilmək lazımdır.

Narın buzxanada saxlamaq üçün: 

  1. Narları yuyun və dənələyin. Buza dözümlü hər hansı bir qaba və ya sellofana töküb buzxanaya qoyun.
  2. Narı soyuducunun buzxanasında 2-3 aya qədər təzəliyini itirmədən saxlaya bilərsiniz.
  3. Ancaq aldığınız narın keyfiyyətli olması da əhəmiyyətlidir. Əks təqdirdə nar dənələri büzüşər və suyunu çəkər.
  4. Narı yemək istədiyinizdə bir neçə saat əvvəldən buzxanadan çıxarın, qoyun öz-özünə təbii şəkildə ərisin.
  5. Bundan başqa, nar dənələrini plastik su qablarına da doldurub bu şəkildə buzxanda saxlaya bilərsiniz.

Narın faydaları haqqında bu məqaləni oxumağı tövsiyyə edirik.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!