Sağlam qidalanma

Narın faydaları

Narın faydaları

Nar insan üçün ən xeyirli bitkilərdən biridir. Nar vitamin (A, C, B, P,E) və mikroelementlərlə (kali, kalsium, yod, mis, dəmir və s.) olduqca zəngindir. agroexpert.az sizi narın faydaları ilə tanış edir.

Narda olan antioksidantlar orqanizmdə yaranan müxtəlif zərərli maddələrlə (şlaklar, toksinlər) mübarizə aparmağa kömək edir, orqanizmi cavanlaşdırır. Tədqiqatçılar narın xərçəngin profilaktikasında böyük rolu olduğunu sübut edirlər.

Nar insanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə çox müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır. Nar qurdqovucu təsirə malikdir.

Nar qan təzyiqini və qanda olan qlyükozanın səviyyəsini aşağı salır və bu səbəbdən nar hipertonik və diabetiklər (təbii ki, az miqdarda və turş sortlar) üçün çox xeyirlidir.

İnfeksion xəstəliklər və cərrahi əməliyyatlardan sonra nar şirəsinin istifadə edilməsi orqanizmi tez bir zamanda bərpa olunmasına kömək edir. Nar şirəsi insanın iştahasını artırır və immun sistemi möhkəmləndirir.

Nar şirəsi ilə bağlı sizə bir məsləhət verə bilərik. Mədənin selikli qişasını güclü qıcıqlandıran və dişlərin emalına mənfı təsir göstərə bilən bu şirə mütləq digər bir şirə ilə (məsələn, kök, çuğundur şirəsi ilə) və ya qaynanmış su ilə 1/1 bərabərlikdə qarışdırılmalıdır.

Narın faydaları

Nar iltihab əleyhinə təsirə malik olduğuna görə stomatit, tonzillit (angina) və s. infeksiya, virus və bakteriyalar tərəfindən törədilən xəstəliklər zamanı istifadə oluna bilər. Bunun üçün  ilıq şəkildə olan su ilə qarışdırılmış nar şirəsi ilə ağız boşluğunu və boğazı qarqara etmək lazımdır.

İshal zamanı narın qabıqlarını qaynadıb gün ərzində 3-4 dəfə içmək lazımdır. Bu çox yaxşı nəticə verir. Nar qabığının faydaları haqqında ətraflı bu məqaləmizdə oxuya bilərsiniz.

Lakin bunu da bilmək lazımdır ki, bəzi xəstəliklər zamanı nar və nar şirəsinin istifadəsi qadağandır. Bu xəstəliklərin sırasında — mədə və onikibarmaq bağırsağın xorası, qastrit, pankreatit, tez-tez təkrar olunan qəbizliklər.

Narın başqa bilmədiyimiz faydaları

– Nar qızdırmanı, yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün narın faydaları əvəzsizdir, immunitet sistemini gücləndirir, orqanizmi xərçəng xəstəliyindən qoruyur. Nar təzyiqi aşağı salır, damar sərtliyinin qarşısını alır. Bu xüsusiyyətlərinə görə nar ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur. Nar dəri üçün də faydalıdır.
– Narın qabıqlarından çay dəmləyib içilərsə, ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.
– Hər gün nar suyu içmək insanın bel nayihəsindəki yağların əriməsinə səbəb olur. 
– Damarlarda yaranan tıxanıqlıqda faydalıdır. İnsanlar üzərində aparılan araşdırmada 2 həftə ərzində gündə 50 ml nar suyunun təzyiqi artıran səbəbləri 36 faiz azaltdığı bəlli olub.

– Bir fincan nar suyu 10 fincan yaşıl çaya bərabərdir.
– Narın tərkibində xərçəngə qarşı müdafiə özəlliyinə sahib olan antioksidanlar var. Şirədəki adıçəkilən maddə qırmzı şərab, yaşıl çay, portağal şirəsindəki ilə müqayisədə 3 dəfə çoxdur.
– Nar bədəni və qəlbi qüvvətləndirir.
– Şirin nar mədənin fəaliyyətini gücləndirir, turş nar isə mədədə olan yanma hissini aradan qaldırır.
– Nar həm boğaza, həm də ağciyərə faydalıdır, öskürəyi kəsmək qabiliyyətinə malikdir.
– Dırnaq iltihabı və cərrahi yaraların müalicəsində nar tumunun balla birlikdə qarışdırılaraq əldə edilən məlhəmindən istifadə məsləhət görülür.
– Ürəyin ən gözəl dərmanı 1 stəkan nar suyudur..

– Ən çox mədə-bağırsaq xəstəlikləri zamani istifadə edilir, nar boğaz, sinə, ağ ciyərlər üçün önəmlidir, öskürəkdən şikayəti olanlar ondan istifadə edə bilərlər.
– Nar meyvəsinin suyu bağırsaqları yumşaldır.
– Mədə iltihabına qarşı çox faydalıdır. İshalı saxlayır və ürəkbulanmanı aradan qaldırır.
– Diş ətinin iltihabı zamanı bir də diş çürümələrində narın suyundan istifadə etmək məsləhət görülür.
– Hər il narın 3 ədəd çiçəyindən yeyən göz ağrısından qorunmuş olar deyiblər…
– Bir ədəd narın suyu yaşıl çaya nisbətən 3 qat daha güclü antioksidanta malikdir.
– Nar suyu qan yaradıcı, təzyiq salıcı, enerji verici xassəyə də malikdir.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!