Naringi qabığının bilmədiyiniz 7 fərqli istifadəsi

Almanın, armudun qabığını soyan birini görəndə”vitamini qabığındadır” deyirik. Ancaq naringinin qabığını soyub yeyin ,ancaq o qabıqları atmayın deyərik. Çünki naringinin qabığını haralarda, necə istifadə edildiyini bildikdə siz də atmaq istəməyəcəksiniz.

Baş ağrısına son: Naringi qabığını qoxladıqda baş ağrınız keçəcək
naringi qabığı

Bildiyiniz kimi, naringinin özünə xas, ləziz bir qoxusu var. Əgər siz də gün ərzində tez-tez baş ağrısıyla üzləşirsinizsə yanınızda mütləq bir naringi gəzdirin və başınız ağrıyanda bu naringini çıxarıb soyun. Naringini  yeyərkən, naringi qabığını da tez-tez burnunuza apararaq iyləyin.

Naringinin qabığının içindəki uçucu yağlar başağrınızın qısa vaxtda keçməsinə kömək edəcək.

Evdəki pis qoxuları kökündən yox edin

Uşaqlıqda sobalı bir evdə böyümüsünüzsə, siz də naringi və portağal qabığını sobanın üzərinə qoyulduqda yayılan o xoş qoxunu bilirsiniz deməkdir.

naringi

Məhz o qoxunun bütün evi bürüməsi, balıq ya da kartof qızartması kimi evi bürüyən pis qoxulardan xilas olmaq üçün birqazanının içinə bol su və bol naringi qabığını qoyun və bir müddət qaynadın.Qaynadıqda içinə 1 ədəd darçın çubuğu və ya 1 çay qaşığı darçın tozu da əlavə etsəniz xoş bir qoxu əldə edə bilərsiniz. Bir müddət sonra pis qoxuları kökündən yox edəcək. Sanki bir otaq ətiri kimi..

Naringi qabığını toz halına gətirib yeməklərə əlavə edin

Naringi qabıqları, içindəki bol vitamin aldığıantioksidant xüsusiyyətləri sayəsində bədəni qoruyur, immunitet sistemini gücləndirir.Bu səbəblə naringi qabığını təmizlədikdən sonra mümkünsə günəş işığında, mümkündeyilsə sobada yaxşıca qurudun. Kəsdiyiniz naringi qabığını mətbəx robotu sayəsindətoz halına gətirib çəkin. Sonra şüşə bir bankada hava almayacaq şəkildə saxlayın.

naringi tozu

İstəsəniz yeməklərinizə, şirniyyatlara əlavə edərək istifadə edə bilərsiniz. Beləliklə, həm həzm sisteminizin mədə pozğunluğun qarşısını almış olarsınız, həm də mədə ağrısı, qış xəstəlikləri kimi müxtəlif vəziyyətlərdən bədəninizi qoruyacaqsınız.

Qripə və halsızlığa çarə: Naringi qabığından çay

Naringi qabığını zibilə atmaq əvəzinə qiymətləndirmənin ən dadlı və şəfalı yollarından biri onlarla çay hazırlamaqdır.

Əgər yığdığınız naringi qabıqları hələ qurumayıbsa1 stəkan suyu qaynadın və sonra bir stəkanın içinə tökün. Qaynatdığınız bu suyun içərisinə 2 ədəd naringinin qabığını xırda doğrayaraq atın və bu şəkildə10 dəqiqə dəmə qoyun. Sonra suyunu süzüb içindən naringi qabıqlarını çıxarın vəəldə etdiyiniz suya darçın tozu, zəncəfil və istəyə görə bal əlavə edərək istifadə edin.

Bu çay qrip və soyuqdəyməyə, halsızlığa da çarə olacaq.

Təbii bir sirop: Qurudulmuş naringi qabığından öskürəyə çarə olacaq bir qarışıq

Yediyiniz naringi qabığını qurudaraq, ya da hazır naringi qabıqları alaraq özünüzə təbii öskürək siropu təsiri yaradacaq bir qarışıq hazırlaya bilərsiniz.

2 naringidən çıxan qədər qurudulmuş qabığı götürüb kiçik parçalara ayırın və qaynadıb bir stəkana tökdüyünüz suyun içərisinə əlavə edin. Stəkanın üstünü yaxşıca bağladıqdan sonra bu şəkildə 5-7 gün arası sərin bir yerdə gözlədin.

Kifayət qədər gözlədikdən sonra rəngi sarıya dəyişən suyun içərisindən qabıqları götürün,  suyu qapaqlı şüşə bir bankaya töküb gündə 3 dəfə,yeməklərdən əvvəl ac qarnına istifadə edin. Öskürəkdən əsər belə qalmayacağını görəcəksiniz.

Burun tıxanıqlığından buxar vannasıyla xilas olun

Dərin bir kasaya bol qaynar su tökün, sonra ən azı 2 naringinin qabığını (sayını artıra bilərsiniz) bu suyun içinə atın.Başınızın arxasına şəkildəki kimi dəsmal və ya bez qoyaraq buxarın dağılmasına mümkün qədər mane olun və naringinin ətiri qarışdığı bu sudan qalxan buxarıburnunuza çəkin. Təxminən 10 dəqiqə ərzində, 3 dəfə nəfəs alıb verdikdən sonra başınızı uzaqlaşdırıb yenidən yaxınlaşdıraraq buxar vannasını tətbiq edin.Burun tıxanıqlığınız keçəcək.

naringi vannası

Sitrus meyvələrin alt ağ qabığı nəyə xeyirdir məqaləsini buradan oxuya bilərsiniz..

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107