Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı və taxılın alış qiymətləri artdı

Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalı 3,3 faiz artıb

Naxçıvan Muxtar Respublikasında 2020- ci ilin birinci yarım illiyinə aid kənd təsərrüfatı sahələrinin ümumi nəticəsi açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalı 3,3 faiz artıb.

Belə ki, Naxçıvanda 2020-ci ilin yanvar-may aylarında 1 milyard 7 milyon 285 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

Açıqlanan hesablamalarda hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artaraq 2190 manat olub.

daxili məhsul Naxçıvanda kənd təsərrüfatı agroexpert.az

Sənaye üzrə 450 milyon 876 min 500 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. Nəticədən də görünür ki, muxtar respublikada yaranan ümumi daxili məhsulda olan artımın tərkibində ilk yeri sənaye sahəsi tutur.

Muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmində dəyişiklik

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,8 faiz, süd istehsalı isə 1,7 faiz artıb. İlin birinci yarım illiyi ərzində süd istehsalı 36 min 918 ton olub, diri çəkidə ət istehsalı 9 min 422 ton.

Kənd təsərrüfatı məhsullarının istehsalında açıqlanan son nəticə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çoxdur. Belə ki, 2020-ci ilin yanvar-may aylarında muxtar respublikada 57 milyon 105 min 700 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.

Naxçıvanda taxılın  alış  qiymətlərində artım

Naxçıvan Muxtar Respublikasında taxıl qiymətlərində artım müşahidə edilir. “Gəmiqaya Taxıl Məhsulları” MMC muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarından tələbatdan artıq istehsal olunmuş buğda, qarğıdalı və arpa məhsullarını satın alır. Həmin məhsulların alış qiymətlərində artım müşahidə olunur.

Satış üçün təqdim olunan məhsulun ödənişi yerində həyata keçirilək buğda 38 qəpik, arpa 35 qəpik, qarğıdalı isə 40 qəpikdən qəbul olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!