Bu il Naxçıvan MR-da taxıl sahələrindən 115 min 649 ton məhsul tədarük olunub

Naxçıvan Muxtar Respublikasında taxıl biçini başa çatıb.

Bu il taxıl sahələrindən 115 min 649 ton məhsul tədarük olunub ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 12 min 665 ton və yaxud 12,3 faiz çoxdur. Yığılan məhsulun 83 min 824 tonu buğda, 31 min 825 tonu isə arpadır. Məhsuldarlıq orta hesabla hər hektardan 31,4 sentner olub ki, bu da ötən illə müqayisədə 1,6 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, görülmüş tədbirlərin nəticəsi olaraq 2020-ci ilin məhsulu üçün muxtar respublikada 63 min 405 hektar sahədə əkin aparılıb, bunun da 36 min 879 hektarını və ya 58,2 faizini taxıl sahəsi təşkil edib. 2019-cu illə müqayisədə taxıl əkini sahəsi 3 min 571 hektar artıb.

Taxıl əkini sahəsinin 26 min 293 hektarında buğda, 10 min 586 hektarında isə arpa əkilib. Sahələrin 4 min 865 hektarı və yaxud 13,2 faizi Şərur, 11 min 767 hektarı və yaxud 31,9 faizi Babək, 1804 hektarı və yaxud 4,9 faizi Ordubad, 7 min 589 hektarı və yaxud 20,6 faizi Culfa, 5 min 906 hektarı və yaxud 16 faizi Kəngərli, 1563 hektarı və yaxud 4,2 faizi Şahbuz, 2 min 357 hektarı və yaxud 6,4 faizi Sədərək rayonlarının, 1028 hektarı və yaxud 2,8 faizi isə Naxçıvan şəhərinin payına düşüb.

Əldə olunan məhsulun 19 min 185 tonu və ya 16,6 faizi Şərur, 37 min 702 tonu və ya 32,6 faizi Babək, 5 min 135 tonu və ya 4,5 faizi Ordubad, 20 min 1 tonu və ya 17,3 faizi Culfa, 17 min 707 tonu və ya 15,3 faizi Kəngərli, 4 min 314 tonu və ya 3,7 faizi Şahbuz, 8 min 591 tonu və ya 7,4 faizi Sədərək rayonlarının, 3 min 14 tonu və ya 2,6 faizi isə Naxçıvan şəhərinin payına düşüb.

Tədarük olunan buğdanın bir kiloqramının cari ildə 38, arpanın isə 35 qəpikdən mərkəzləşmiş qaydada satın alınması taxıl əkininə və onun vaxtında itkisiz yığılmasına marağı daha da artırıb.

Naxçıvan Muxtar Respublikada məhsul istehsalçılarının texnika ilə təmin olunması məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 177 ədədi 2020-ci ilin yanvar-iyul aylarında olmaqla, ümumilikdə, 2 min 916 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Cari ilin yanvar-iyul aylarında 178 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 10 ədədi nağd yolla satılıb.

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında, keyfiyyətinin yüksəldilməsində və ərzaq təminatının yaxşılaşdırılmasında toxumçuluq xüsusi yer tutur. Muxtar respublikada keyfiyyətli toxum istehsalının yaradılması diqqətdə saxlanılıb, cari ilin ötən dövründə “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən qurulub. Cəmiyyətin istifadəsində 90-a yaxın texnika, 2 min hektara yaxın torpaq sahəsi, anbarlar, qarışıq yem istehsalı sahəsi və satış mərkəzi mövcuddur ki, bütün bunlar keyfiyyətli və tələbata uyğun toxum sortlarının istehsalı və satışına, daxili tələbatın ödənilməsinə geniş imkanlar yaratmaqdadır.

Muxtar respublikada kənd təsərrüfatının, o cümlədən taxılçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, məhsuldar toxum sortlarından istifadə, suvarma şəbəkələrinin genişləndirilməsi və əkin sahələrinin şırım üsulu ilə suvarılması bu sahənin inkişafına yeni imkanlar yaratmaqdadır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669