Nəfəs darlığını aradan qaldıran-Qara turp

Qara turp Asiyadan gəldiyi və ən erkən əkilən ərzaqlardan biri olduğuna inanılır. Qədim misirlilər tərəfindən turpun toxumları yağ istehsalı üçün istifadə edilərmiş. Qara turpun hər zaman qırmızıya nisbətən daha sağlıqlı olduğu söylənilir. C vitamini baxımından qara turp portağal və digər meyvələrdən daha üstündür.

agroexpert.az qara turp faydaları nelerdir

C vitamini çatışmazlığı olanlara turp istifadə edilməsi ciddi tövsiyə edilir. Xüsusilə qışda qara turpun içərisinə bal qoyaraq yemək həm xəstəliklərin aradan qaldırılmasına yardımçı olur, həm də immunitet sistemini sürətli bir şəkildə gücləndirir. C vitamini qış ayları üçün olduqca əhəmiyyətli bir vitamin növüdür. Bu vitamin qış aylarında xüsusilə əhəmiyyətlidir, çünki qripin və soyuqdəymənin qarşısının alınmasında inanılmaz dərəcədə fayda verir.

Qara turp və bal sağlamlıq baxımından müxtəlif faydalar verməkdədir.

Qansızlıqdan şikayət edənlərə köməkçi olur.  Ehtiva etdiyi yüksək nisbətdə, qan azlığına ən az ispanaq qədər təsir edər. Qansızlıq problemi yaşayırsınızsa rəndələnmiş kiçik bir turpu, zeytun yağı və sirkə ilə qarışdıraraq istehlak edə bilərsiniz. Dadı çox acı gəlirsə içinə eyni miqdarda kök da rendələyə bilərsiniz.

Nəfəs darlığını aradan qaldırar: Qara turp, xüsusilə də suyu- astma xəstəliyinə olduqca yaxşı gəlməkdədir. Nəfəs almağı asanlaşdırar. Üst tənəffüs yollarını rahatlaşdıraraq nəfəs darlığı yaşayanlara kömək olur. Allergik xəstəliklərə da yaxşı gəlir.

Yuxu problemi yaşayanlar üçün 

Axşamları yeməyin yanında salat olaraq yeyilən qara turp və -acısına diqqət etməzsəniz- içilən bir stəkan qırmızı turp suyunun insan bədənini rahatlarak yuxu verdiyi sübut faydaları arasındadır.

Yüksək təzyiqi bir anda salar.  Turp, ehtiva etdiyi yüksək nisbətdəki potasyumla yüksək təzyiqi salar və təzyiqi bir normada saxlayar.

Diş əti xəstəliklərini sağaldır.  Qara turpu çeynəmənin diş ətlərinə yaxşı gəldiyi də bilinən faydalarından biridir. Ayrıca diş ətlərində olan iltihabları da yaxşılaşdıraraq ağrıları yüngülləşdirir.

Bəşəriyyətin gözəl yarısı məhsulu kosmetik məqsədlər üçün ən çox istifadə edir. Bitki tərkibində olan maddələr, yaşa dair ləkələri aradan qaldıraraq dərini ağartır. Dərini hamar və məxmər halına gətirin.

Allergik xəstəliklərə da yaxşı gəlir. Qan təmizləyici xüsusiyyətindən ötəri qara turp allergiyaları də yaxşılaşdırır. Bunun xaricində İskorpit xəstəliyinə qarşı təsirli bir təbii dərmandır.

Boğaz ağrılarına, şişən badamcıqlara faydası var.

Soyuq dəymədə  boğaz iltihablarında, badamcıq şişmələrinə və öskürəklərdə  istehlak çox təsirlidir. Bunun üçün rendələnmiş  bir kiçik turpa istəyinizə görə  2-3 yemək qaşığı bal əlavə edib yeyə bilərsiniz.

Qeyd: Hamilə qadınlara tövsiyyə olunmur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!