Hollandiyanın ərzaq vadiləri

Qurdlar vadisi eşitmişdik, Silikon vadisi eşitmişdik, indi isə Hollandiya biraz da irəli gedib, “Ərzaq vadisi”-Food Valley NL qurmağa qərar verib. Məqsəd təcrübə və bacarıqları birləşdirib yeni aqrosənaye mərhələsinə keçməkdir.

Niderlandın ərzaq vadisi

Food Valley NL-Hollandiyada qurulmuş aqrar klasterdir, hansının ki, tərkibinə aparıcı qida müəssisələri, təcrübi fermalar və araşdırma instutları daxildir. Əsas ofis aqrosektorda dünyanın ən yaxşı üç universitetindən biri olan Vaqeninqendə yerləşir.  Hər gün 15 min mütəxəssis yeni aqrotexnologiya və daha keyfiyyətli qida məhsulları üzərində çalışır. Belə “ərzaq vadiləri” bir çox ölkələrdə vardı. Yalnız Niderland modeli aqrosektorda qlobal  biznes-klaster sayıla bilər.

Bu ideya sayəsində alimlər və iqtisadiyyat çox sıx münasibətdə olacaqlar. Biznesmen daha çox qazanmaq üçün elmi araşdırmalara pul yatıracaq, elm isə araşdırmaları üçün daha çox qaynaq əldə edəcək.

İlk startup və “maya”

2003-cü ildə Avropa birliyi və Qelderland rayon rəhbərliyinin dəstəyi ilə İnnovativ layihələr proqramı quruldu. Bu sayədə Startup-lar burdan maliyyə və dəstək əldə etdilər. 2003-cü ildə Food Valley NL-in 8 layihəsi cəmi 2 milyon $ maliyyələşmə əldə etdilər.

Ən sərfəli və populyar layihə südün genomikası üzrə oldu. (Genomika-canlı orqanizmlərin genetikasını öyrənən molekulyar genetika elmi) Bu startup-da südçülük sənayesi, heyvandarlıq və Vaqeninqen universiteti iştirak edirdi. Layihə o qədər uğurlu alındı ki, yatırım ilkin 120 min $-dan 1,7 milyon $-a çıxdı.

Sonradan İqtisadiyyat nazirliyinin dəstəyi ilə layihə digər ölkələrə “Melk op Maat” (“Standart süd”) adı ilə genişlənməyə başladı. Məqsəd, südün hansı fermadan alınmasından asılı olmayaraq eyni standart özəlliklərə sahib olmasıdır. Bu layihə sayəsində bugün 180 orqanik süd ferması fəaliyyət göstərir.

Digər uğurlu layihələrdən biri də “Gələcəyin restoranı”-dır. Bu çox unikal araşdırma mərkəzidir. Bizimkilərin təkrar etməyə xoşladığı kimi, dünyada analoqu yoxdur. Bax beləcə Food Valley NL əmələ gəldi.

Food Valley bugün

Aqroməhsul kompleksi Hollandiya iqtisadiyyatının vacib sektorudur. Ona görə Food Valley NL-in məqsədi kənd təsərrüfatı və ərzaq sənayesində innovasiyaların tətbiqidir. “Ərzaq vadisinin” strukturu kiçik ofis və 60-a yaxın şirkət, instut, təcrübi fermalardan ibarətdir. Onları ortaq araşdırmalar, emal və dövlət payı olan şəriklik birləşdirir.

Food Valley-də fəaliyyətin əsas istiqamətləri bunlardır:

  • Ərzaq artıqlarının təkraremalı, enerji və su sərfinin azaldılması, istehsalat gücünün artırılması, zülalın yeni qaynaqlarının tapılması
  • Sağlam həyat tərzi üçün qida məhsullarının hazırlanması
  • Beynəlxalq ticarət missiyalarının (“ərzaq turları”) və sərgilərin təşkili
  • Food Valley NL-in piarı, yayğınlaşdırılması
  • İnnovasiyalara maraqlı şirkət və müəssəsilər şəbəkəsinin genişləndirilməsi

İllik konfranslar vasitəsi ilə vadiyə müxtəlif mütəxəssis və istehsalçılar toplanır. Holland “ərzaq modeli” isbat etdi ki, xırda regional araşdırma mərkəzindən dünya səviyyəli innovasiya araşdırma strukturuna çevrilmək mümkündür. Sadəcə düzgün startup-lara kapital qoymaq və digər araşdırma instutları və şirkətlərlə düzgün əməkdaşlıq lazımdır.

Ümid və niyyət edirik ki, belə bir “ərzaq vadisi” modeli də  Azərbaycanda qurular. Hər nə qədər aqrosektorda geridə olsaq da Azərbaycandakı qida məhsullarının dadı çox fərqli və gözəldir. Yoxsa ərəblər niyə bura maraq göstərsin?

Mənbə:

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669