Special Tövsiyyələr

Niyə aqrobiznes?

aqrobiznesBu qədər fərqli biznes sektorları olduğu halda, niyə biz insanımızı aqrosektora (kənd təsərrüfatı) həvəsləndiririk?! Bəlkə informasiya texnologiyaları, mobil tətbiqlər, ağır metallurgiya və ya gəmi daşımaçılığı daha gəlirli və cazibəli sahədir? Bu yazımızda yuxarıdakı suala cavab tapmaq üçün bir balaca müqayisəli təhlil aparacayıq.

Sadəcə bir neçə başlıq qeyd edəcəm ki, arqoticarətlə şəhər ticarəti arasındakı fərqi tam görə bilək. Bu başlıqları çox artırmaq olar təbii ki…

Sağlamlıq: Bəli hərşey bir tərəfə, sırf sağlamlığımız üçün aqrobizneslə məşğul olmağa dəyər. Sağlam həyat tərzi, təbiətlə sıx əlaqə, orqanik qida bu işlə məşğul olan fermer və ya biznesmenlərə Allah tərəfindən işin içinə qoyulmuş ücrətdir. Həmçinin aqrobiznes stressiz işdir, hətta təsərrüfatı müşahidə edən insan çox rahatlaşır, stress və ya depresiya deyilən xəstəliklər onu tərk edir. Bu arada qeyd edim ki, orqanik qida tədarükü, satışı da tendensiyada olan biznesdir. İvanovka məşhur brend olub artıq.

Qazanc: Kənd təsərrüfatını bu gün Avropalılar elə inkişaf elətdirib ki, aqro sahədə böyük qazanc əldə etmək mümkündür. Qazanc qeyd etməyimin əsas səbəbi budur ki, aqrobiznes elə nadir sahələrdəndir ki, burda kiçik sərmayə ilə prespektivli və gəlirli iş qurmaq olar. Qoyduğunuz yatırım isə qısa bir dövrdə (2-3 sezon) geri qazanırsınız. Məsələn, bildirçin ticarəti çox kiçik yatırım tələb edir, yaxşı qazanc verir, sərmani isə 3-4 aya geri qaytarır.

Qazancla bağlı bunu da qeyd edim ki, aqrobiznesin kar faizi də çoxdur. Kənd təsərrüfatında elə sahə var ki, 300-400% qazanc verir. Bu barədə bloqumuzda yazılar olacaq.

Prespektiv: Tutaq ki, mühəndissiniz və işəyirsiniz. İşçi kimi hamımızın karyera edəcəyi mühit geniş deyil. Vəya şəhərdə bir biznesə sahibsiniz, kafe işlədirsiniz. Burda da qazanc prespektivləri məhduddur. Bir kafe nəqədər müştəri yola sala bilərki gün ərzində? Hətta ketrinq xidməti ilə olsa belə, aqrobiznes daha prespektivlidir. Misal üçün, bir ördək mini ferması qursanız, 100 ördək sezonda 30-35 baladan 3000-3500 bala verəcək. 2-3 ay ərzində kəsilmə həddinə çatan ördəkləri 13-17 Azn-dən satışa çıxarsaz qazancınız: 3000×13=40 000 və 55 000 Azn arası olacaq. Burdan da yem xərclərini çıxsaq (15000 Azn) 30-40 min xalis gəlir əldə edərsiniz. Burda prespektiv odur ki, 100 ördəklik fermanı maya qoymadan 200, 500 hətta 1000 başlıq fermaya çevirə bilərsiniz. (Rəqəmləri, fermanın ərazisinə uyğun kiçik tutdum)

agrobiznes

Dünyada orta gəlirli insanların sayı artır. Bu isə ətə, yumurtaya olan tələbatın artımı deməkdir. Deməli təsərrüfat özü qlobal mənada da prespektivlidir.

Yəni aqrobiznes sağlamlıqdır, qazanclıdır, prespektivlidir. Tez zamanda maya qoymadan işi dəfələrlə böyümək mümkündür. Stressdən, şəhər səs küyündən, tıxacdan uzaqsınız. Bir də fermadakı işin gedişindən alınan zövq və istirahəti gedib fermerlərdən soruşun.

Onu da qeyd edim ki, məqsədimiz hansısa ticarət növünü aşağılamaq deyildi. Bizim dinimizdə ən üstün qazanc növlərindən 2-cisi ticarət, 3-cüsü aqrobiznes, 4-cüsü isə sənətdir. Hər iş gözəldir, tək bir şərtlə: öz işinin başında özün durduğun müddətcə.
Unutmayın, Amerikanı fermerlər (kovboylar) inşa edib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: