çəltik əkini - düyü haqqında
Bitkilər Əkinçilik

Niyə çəltik əkininə maraq az, tələbatsa çoxdur ?

çəltik əkini - düyü haqqında

Ağdaş və Astara rayonları çəltik sahələrinə, məhsullarına görə digər rayonlardan fərqlənirlər. Hələ ötən əsrin 60-ci illərinə kimi çəltikçilik Astarada rayon iqtisadiyyatının əsasını təşkil etmişdir. Daha sonra yerini tərəvəzçilik əvəz etsə də keçmiş ittifaqla iqtisadi əlaqələrin zəyifləməsi tərəvəzçiliyə də təsir göstərmişdir. Nəticədə yenidən rayonda çəltikçiliyə maraq yaranmışdır. Qoşu İranla da sərhədlərin açılması, yerli sakinlərin oradan gətirdikləri çəltik sortlarını əkməsi bu sahənin dirçəlməsinə təkan verdi.

Lakin yenidən ölkədə çəltikçiliyə, əkininə maraq azalıb. Buna əks olaraqsa yerli düyüyə olan tələbat birə-beş çoxalıb.

Ekoloji cəhətdən təmiz olması, keyfiyyətli olması, yetişdirilməsində kimyəvi gübrələrdən istifadə olunmaması onu rəqibsiz edir. Tələbatın artmasına səbəb olur.

Qeyd. Marketlərdən uyğun qiymətə Astara düyüsü almaq mümkündür. Yerli və təmiz məhsula maraq göstərməklə inkişafına dəstək olmalıyıq.

Çəltikçilik sahəsində aydın görünən çatışmayan cəhətlər, problemlər var.
ölkədə çəltik əkini - çəltikçilik haqqında - Astara düyüsü

Məsələn:

  • Fermerlər məhsulun qurudulmasında çətinlik çəkirlər.
  • Qurudulma yeri yoxdur, elit toxumlara ehtiyac var, ağır ələmiyi tələb edir, texnika problemi, su problemi var.
  • Fermerləri maarifləndirməyə ehtiyac var.
  • Aqro-texniki qaydalarla, marketinqlə bağlı maarifləndirmə aparılmalıdır.

Bunların həlli yerli məhsulların rəqabətə dayanıqlı olmasına, istehsalın maya dəyərinin aşağı düşməsinə, təkcə ölkə tələbatına deyil, hətta xaricə ixracına da şərait yaranmış olar.

Astarada yetişdirilən, özəllikləri ilə seçilən Haşimi sortu.

Respublikanın cənub rayonlarında “Astara düyüsü” adı ilə 30 ildən çoxdur ki, becərilir. İyli və nazik düyüdür. Haşimi toxumu ənənəvi toxumlardan fəqlənir. Bu sortun bir mənfi xüsusiyyəti var ki, məhsuldarlıq zəyifdir. Lakin yerli torpağa uyumludur. Kimyəvi gübrələrdən istifadə olunmur.
Bitkilər hündürboylu olduğundan yatmaya meyillidir. Becərilməsində xüsusi aqrotexnika tələb olunur. Sünbülü xırdadır. Tez yetişən sortur.

Məhsuldarlığı nisbətən aşağı olsa da, düyü həddindən artıq ətirlidir. “Haşimi” “zəif” sözündən götürülüb. Sortun kök sistemi nisbətən zəif, gövdəsi incə olduğundan torpaqdan az qida qəbul edir. Bu səbəblərdən kimyəvi gübrə istifadə etmədən torpağı beş il istismar etmək mümkündür. Digər düyü sortlarında isə vəziyyət başqadır. Məsələn, onları iki il əkmək olur. Bu müddətdə torpağın bütün mineral gübrələri tükənir. Artıq növbəli təkrar əkinə ehtiyac yaranır.

çəltik əkini - çəltikçilik - düyü növləri

Bütün prosesi ənənəvi düyü sortlarından 30 gün əvvəl yekunlaşdırılır. Belə ki, haşimi sortu tez yetişir. Cəmi 90 günə məhsul verir. Bu da imkan verir ki, biçin yağışlı havaya düşməsin. Biçini avqust ayında başa çatdırılır. “Haşimi” çəltik sortu Respubliknın çəltik becərilən bölgələrində yetişdirilmək üçün qeydiyyata alınmışdır.

Respublikada yetişdirilən digər əsas düyü sortları

“Apallo” çəltik sortu İtaliya mənşəlidir. İyli və uzun düyüdür. Sort güclü kök sisteminə malikdir. Qısa boyludur və yatmaya davamlıdır. 25-30 ədəd kollanma verir. Sünbülü iridir və qılçıqsızdır. Orta yetişəndir, vegetasiya müddəti 130 gündür. Səpin norması 160-180 kq/ha-dır. Xəstəliklərə davamlıdır. 97 Dən çıxımı 67% olur.

“Meco” çəltik sortu İtalya mənşəlidir sortur. İysiz və yumru düyüdür. Qısa boyludur. Sünbülü iridir və qılçıqlıdır. Səpin norması 160-180 kq/ha-dır. Vegetasiya müddəti 135 gündür. Dən çıxımı 65% hüdudundadır.
Apollo” və “Meco” çəltik sortu Respubliknın çəltik becərilən bölgələrində yetişdirilmək üçün qeydiyyata alınmışdır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!