Quş xəstəlikləri Quşlar

Niyə toyuq öz yumurtaların dimdikləyir?

agroexpert.az yumurtaların dimdikləyir

Yumurtalıq toyuq cinslərinin yetişdirilməsi zamanı bəzən müşahidə olunur ki, onlar öz yumurtaların dimdikləyir. Bunun səbəbi çox vaxt balanslanmamış qida rejimidir. Gündəlik gəzinti və rəngarəng qida toyuq üçün kifayət deyil. 

Hər yumurta cins toyuğun gündə 5-7 qram zülala ehtiyacı var. Onların sayını nəzərə alaraq qidalarına ət və ya balıq unu, yağsız kəsmik əlavə edin. Həmçinin toyuqların kalsiuma ehtiyacları çox olur. Bax bu kalsium çatışmazlığı nəticəsində toyuqlar öz yumurtaların dimdikləyir adətən.

Yumurtalıq cinslərin belə davranışlarının birinci səbəblərindən biri sahiblərinin onlara xırdalanmış yumurta qabığını təmiz formada vermələrində ola bilər. Yəni toyuqlara yumurta qabığını yeməyə alışdırdığınız zaman bir müddət sonra müşahidə edəcəksiniz ki, quşlar yumurtaların dimdikləyir. Belə halda toyuqlar yedikləri qabığın iyinə öyrəşərək instinktiv olaraq öz yumurtalarını da dimdikləyib yeyə bilərlər. Yumurta qabığını toyuqlara verməmişdən qabaq mütləq digər yemlərlə qarışdırmaq lazımdır. Təbaşir, çınqılı isə təmiz formada vermək olar.

Onların rasionuna həm də yonca, yaşıl yonca, kök, gicitkən, soğan və digər ot və ya tərəvəzlər quşlar üçün xeyirli olar. Bu yemlərin tərkibində çoxlu vitaminlər və fitonsidlər var.

Toyuqların davranışında dəyişikliklərə gətirən xarici amillər də mühüm əhəmiyyətə malikdir. Bunlara mexaniki zədələnmələri, altlıqlarının sıxlığı, saxlanma yerinin vəziyyətini da aid etmək olar. Həm də rasionun kəskin dəyişilməsi, temperaturun artması, yeni quşların əlavə olunması və işığın gücü də quşlara təsir edir.

Bütün sadalanan amilləri yoxlamaq və imkan daxilində onları dərhal istisna etmək lazımdır.

Bütün bu deyilənlər effekt verməsə, hinə yumurtaya bənzər bərk cismlər qoyun. Toyuqlar bu cismi bir-neçə dəfə dimdikləyəndən sonra yumurtaları dimdikləməkdən əl çəkəcəklər. Unu duzlu su ilə xəmir edib, yumurtaya bənzər forma verin və yaxş-yaxşı quruyub bərkidikdən sonra yuvaya qoya bilərsiniz.

Toyuqlar haqqında (toyuq cinsləri, yumurtalıq toyuqların saxlanması, toyuq biznesi) digər məqalələrlə bu bölümdən tanış ola bilərsiniz.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: