Noyabr ayında əkin sahələrinizdə, bağlarınızda hansı işləri görməlisiniz?

Respublikamızın aran zonalarında və Abşeronda yeni bağ və park yaratmaq, bitki əkmək üçün ən münasib vaxt noyabr ayıdır. Belə ki, məhsulun yığımı, tədarükü və ümumiyyətlə məhsulla bağlı problemlər artıq arxada qalmışdır. Ona görə də əvvəlki aylarda seçilmiş, şumlanmış, bir sözlə əkin üçün hazırlanmış yerlərə nəzərdə tutulan bitkilər əkilir.

Bitkilərin payızdan əkilməsi aran zonalar üçün çox vacib tədbirlərdəndir.

Bu ərəfədə əkilmiş bitkilərin gecikdirilərək yazda əkilmiş bitkilərə nisbətən bitiş faizi yüksək olmaqla, inkişafı da yaxşı olur. Həm yeni əkilmiş bitkilərə, həm yaşlı və cavan bağlara, həm də üzümlüklərə oktyabrda üzvi və mineral gübrələr verilməyibsə, gec deyil, bu ayda da və ümumiyyətlə bütün qış dövrü verilə bilər.

Yarpağın tökən bütün bitkilərdə formavermə və budama işlərinə başlanılır. Vegetativ yolla çoxaldılan cinslərin qələmləri tədarük olunur 25-50 ədədi bir yerdə dəstə bağlanaraq qaranlıq və sərin zirzəmilərdə çay qumunun içində və ya ağac yonqarında yaza qədər saxlanılır.

Qış şaxtalarından ziyan çəkən cinslərin üstü polietilen örtüklərlə örtülür. Bu işdə çalışmaq lazımdır ki, örtük bitkinin budaqlarına toxunmasın.

Dibçək bitkilərinin də soyuğa davamsızları isidilən binalara köçürülür. Axşam suvarmaları səhər suvarmaları ilə əvəz olunur.

Yazlıq bitkilərin səpini və əkini üçün sahələr dərin şum edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!