Noyabrın 12-dən “quş qripi”nə görə monitorinq başlayır

“Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq  Xidməti (DBX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir.

Köçəri quşların payız miqrasiyasını nəzərə alaraq noyabrın 12-dən növbəti monitorinqə start veriləcək.
quş qripinə görə yoxlama tədbirləri

Monitorinq Dövlət Baytarlıq  Xidmətinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin,  Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

Tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı

  • Abşeron yarımadası
  • Şabran
  • Ağcabədi
  • Lənkəran
  • Salyan

rayonlarındakı milli qoruq və parklarda, eləcə də ölkənin digər ərazilərində həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.

quş qripi monitorinqi bölgələrdə keçirilir

Ölkə ərazisində köçəri və ev quşları arasında aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyət üçün açıqlanacaq.

Dövlət Baytarlıq  Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!