Ofisdə hansı bitkilərin olması önəmlidir?

Bitkilərin ofisdə faydası

Ofisdə hansı bitkilər olmalıdır və önəmlidir?
google.ru

Ofislərdə çalışan insanlar sağlamlıq üçün bitkilərlə təmin olunmalıdırlar, ona görə ki bitkilər insanlara yaxşı təsir göstərir.


Norveç və İsveç alimləri tədqiqatlar nəticəsində belə qərara gəliblər ki, ofisdə olan bitkilər işçilərin yorulmasını azaldır, baş ağrılarından, öskürəkdən qoruyur və dərisini qurumaqdan xilas edir. Həmçinin, belə də bitkilər var ki, onların insanlara uğur gətirdiklərini hesab edirlər.

Experiment nəticəsində

Experimentlər nəticəsində məlum oldu ki, iri yarpaqlı bitkilər ofisin havasını daha yaxşı təmizləyir və daha çox miqdarda oksigen istehsal edirlər.


Beləliklə, aşağda biz sizin üçün bitkilərin siyahısını təqdim etdik. Siz isə öz zövqünüzə görə  onlardan bir-ikisini seçə bilərsiniz.

Kaktus bitkinin müxtəlif növləri var. Global, Kolonoid, Barmaq Formalı və s. Onların hər birinin öz qeyri-adi meyarlari var. Bu bitkilərə qulluq etmək asandır. Kaktuslar hər bir temperatur və şərait üçün dözümlüdürlər. Bu bitkilər negativ enerjini özünə magnit kimi çəkir, təmiz oksigen buraxır.
Dovşankələmi (lat. Crassula). Bu bitki sizə nəyinki pul, sizin stressinizi və fiziki yorğunluğunuzu aradan qaldıracaq. Eyni zamanda olduğunuz yerin havası da təmiz olacaq.

Küpəçiçəyi (Fuksiya).Əgər sonsuz çətinliklər arasında qalmısınızsa bu bitki sizi oradan çıxaracaq. Küpəçiçəyi ruhunuzu qidalandırır və canlandırır. Bununla da sizi həyata qarşı daha həvəsli edir. Küpəçiçəyi – hər bir sahədə uğur simvolu olsa da, daha çox incəsənət sahəsində olanların köməyinə çatır. Bu bitki sahibini ruhən dəyişdirmək və inkişaf etdirmək imkanlarına malikdir.
Yapon aukubası.Daha bir uğur simvoludur (talismandır). Yapon aukubası bu istedadların üzə çıxarılmasına və insanda yeni maraqlı keyfiyyətlərin yaranmasına kömək edir.

Ofisdə hansı bitkilər olmalıdır və önəmlidir?Bougainvillea. Bu bitki ümumiyyətlə maliyyə dahisi hesab olunur. Bougainvillea sərfəli pul yatırımlarının edilməsinə maliyyə əməliyyatları üçün yaxşı kömək edir. Lakin yadda saxlayın ki, bu bitki çalışqan və məsuliyyətli insanlara kömək edir. Əgər sizdə bu bitkidən varsa siz onu daha da güclü edə bilərsiniz. Bu bitkinin talismanları metal predmetlərdir.
Cənub-Şərqi Asiyada demək olar ki, hər bir bank və yaxud maliyyə təşkilatında mütləq bu bitkidən olur. Bu bitkilər burada maliyyə axınını aktivləşdirmək üçün qoyulur.

 

Mənbə: banker.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107