Oğlaq və quzuların yemləndirilməsi
Optimal böyümə və yüksək süd istehsalı heyvanların sağlıqlı yaşaması və vaxtı-vaxtında yemlənməsi nəticəsində əldə oluna bilər.

Südlük keçilərin qida maddələrinə olan tələbləri fərqli vaxtlara görə dəyişir. Keçilər yaxşı bəslənməyə tez bir zamanda müsbət nəticə göstərirlər. Südlə bəslənmə müddəti doğumdan sonra başlayaraq oğlaqın süddən kəsiləcəyi vaxta qədərdir. Bu müddət 3 həftəlik qısa bir dövr ola biləcəyi kimi istehsal sisteminə bağlı olaraq 5-6 aylıq bir dövrü də əhatə edə bilər.
Colostrum ilə qidalanma
Quzu və oğlaqların doğumdan sonra 3-12 saat ərzində doğulduqları çəkinin 10-20% qədər kolostrum almaqları əsas şərtdir. Döş vəzlərindən ifraz olunan ilk süd olan kolostrum yüksək səviyyədə immunglobulin tərkiblidir. Quzu və oğlaqların xəstəliklərdən qorunması və həyatda qalmaları üçün doğum sonrası qısa bir müddət içərisində kafi miqdarda qəbul etməsi çox əhəmiyyətlidir.
Kolostrumun istehsalı laktasiya dövrünün ilk 4-5 günü davam edir və sonra məmə içində süd sintezi başlanır. İstehsal olunan həddindən artıq kolostrum dondurulmaqla saxlanıla və sonra əridilib istifadə oluna bilər. İmmunglobulinlə zəngin olmaqdan əlavə, tərkibində yüksək miqdarda A, D və E vitaminləri, enerji və protein var.
Südlə bəslənmə və qatı qidaya keçid
Quzu və oğlaqların doğumdan sonra həyatlarının başlanğıc dövründəki təməl qidası süddür. Quzu və oğlaqlar irqə, böyüdülmə məqsədlərinə və müəssisə quruluşuna əsasən dəyişən müddətlərdə südlə və ya süd əvəzləyici yeməklərlə qidalandırılır. Süd əmmə dövründə ana südü və müxtəlif qidalanma üsulları tətbiq oluna bilər. Birinci variantda quzu və ya oğlaq süddən kəsilənə qədər birbaşa analarının yanına buraxılaraq südü məmədən əmir. Ikinci üsul olaraq südlük cins qoyun və ya keçi təsərrüfat sahələrində, süd əvəzedəcək yemlə bəslənilən müəssisələrdə balalar bir müddət anaları ilə qalır. Daha sonra başqa bir yerə aparılaraq əmzikli qablar vasitəsi ilə bəslənilir.
Laktasiya dövründə sağlamlıq, ümumi vəziyyət və qidalanma baxımından quzu və oğlaqlara gündə ən azı 4 dəfə nəzarət edilməlidir. Quzu və oğlaqların süd əmmə dövründə analarının yanında qaldığı və analarını əmdiyinə baxılmalı, birdən çox balası olan qoyun və keçilərin balalarına kifayət qədər süd təmin edə bilməsi müəyyən edilməlidir.
Quzu və oğlaqların süddən kəsildikdən sonra bəslənməsi və qida prosesi
Ölkəmizdə və dünyada ümumi olaraq quzu və ya oğlaq qidası 3 fərqli şəkildə hazırlanır:
- süd əmər quzu- süd əmər oğlaq qidası,
- intensiv qida;
- enişləndirilmiş quzu-oğlaq qidası (toğlu-Çəpiş qidası).
Yetişdirilən qoyun və keçilərin irqi, müəssisə quruluşu, otlaqlardan istifadə imkanı, otlaq keyfiyyəti, ət qiymətləri və tələbat faktorları müəssisənin yemlənmə və kökəlmə üsuluna təsir edir.
Süd əmər quzu və süd əmər oğlaq yemi – quzuların və oğlaqların süddən kəsiləndə süd yerinə qəbul edəcəyi qida formasıdır. Quzu və oğlaqlar müxtəlif vaxtlarda həm süd, həm bu qida ilə bəslənməlidir. Həmin əvəzləyici qidanı 5-7-ci gündən etibarən almağa başlamalıdır. Bədən çəkisi artımını və inkişafını maksimuma çatdırmaq üçün quzu və oğlaqlara qulluq zamanı mümkün qədər çox süd verilməlidir.
İntensiv qida quzu və oğlaqların süddən kəsildikdən sonra konsentratlaşdırılmış yem əsaslı rasionlarla bəsləndikləri bir kökəltmə üsuludur. Intensiv qida süddən kəsilməklə birlikdə başlanılaraq 4-6 aylıq vaxta kimi davam etdirilir. Quzu və oğlaqların intensive qidaya başlamadan öncə süd əmmə müddətində qatı qidalara öyrədilməlidir. Bir müddət az miqdarda yem qəbul etməlidir. Quzu və oğlaqlar süddən kəsildikdən sonra 1-2 həftə daha başlanğıc yemi ilə qidalanmalı və sonra qida yeminə keçməlidir. Bu səbəblə qidalanmanın əvvəlində rasiondakı kobudluq nisbəti 50% səviyyəsində saxlanılmalı və rasiona uyğunlaşma prosesində kobudluq nisbəti tədricən azaldılmalı və konsentrat yem nisbəti artırılmalıdır.
Genişləndirilmiş quzu-oğlaq qidası (toğlu-çəpiş qıdası) süd əmmə dövründən etibarən başlayıb süddən kəsiləndən sonra otlaqda otlamağı da daxil, otlaq istifadəsinin mümkün olmadığı şərtlərdə isə damda qəbul etdiyi (quru ot, saman) qidalardandır. Bu tip yemlərdə otlaq və ya dam yemləri keyfiyyətindən asılı olaraq heyvanlarda qidalanma müddətində və ya ümumi olaraq yemin sonuna yaxın istifadə olunan taxıllar, müxtəlif protein yemləri və vitaminli minerallar qatılaraq əlavə edilir. Quzu və oğlaqlar genişləndirilmiş qidalanmanın sonuna qədər 30-60 gün ərzində konsentratlaşdırılmış yem qəbul edərək gündəlik bədən çəkisinin artmasına və daha sürətli böyüməsinə səbəb olur.