Oksigen nanaköpükləri məhsuladrlığı artırır – yeni texnologiya
Çiyələklərinizi düzgün su ilə suvarmağınız çox vacibdir.
2020-ci ilin yazında “Moleaer” şirkətinin tapşırığı ilə Hollandiyada Delphy Tədqiqat İnstitutu çiyələk becərilməsində suvarma suyunun oksigen nanoköpükləri ilə zənginləşdirilməsinin təsirini öyrənmək üçün testlər apardı.
Qeyd edək ki, bu institut bitki məhsuldarlığını artırmaq üçün kimyəvi olmayan texnologiyalar təqdim edir.
Təcrübə zamanı, tipik həll edilmiş oksigen (DO) göstəriciləri (7 ilə 9 mq/l arasında) olan suvarma suyu və oksigen nanoköpükləri yüksək olan (30 mq/l) su da istifadə edilib.
Nəticədə, oksigen nanoköpükləri ilə suvarılan bitkilər, digər bitkilərlə müqayisədə məhsuldarlıqda 14% artım göstərdi (7,2 kq qarşı 8,2 kq). Bundan əlavə, daha sağlam bir kök kütləsi və gec zərərvermə halları (“Phytophthora” xəstəliyi) daha az müşahidə olundu.

“Delphy” institunun alimi Bart Jongenelen bu yeni nanotexnoloji üsul haqqında bunları deyib:
Digər bitki mədəniyyətlərinin də nanaköpüklərlə emalı və əvvəlki nəticələri diqqətlə analiz etdik. Nanoköpüklərin xüsusiyyətləri haqqında əldə etdiyim məlumatlar bu kənd təsərrüfatı texnologiyasını perspektivli adlandırmağıma imkan verir.
Nəzəriyyə ondan ibarətdir ki, oksigen həm qidaların köklər tərəfindən alınmasında, həm də kök mühitinin biologiyasında mühüm rol oynayır. Bu testlər üçün məhsuldarlığa diqqət yetirməyə və vizual yoxlamalarla kök inkişafına nəzarət etməyə qərar verdik. Nanoköpüklərlə suvarma zamanı bitkilərdə aydın fərqlər və inkişaf gördük. “
“Moleaer“ şirkətinin mütəxəssisi Mihil de Jong yeni texnologiya haqqında bunları əlavə etdi:
“İstehsaldakı fərqlər çox gözəçarpan oldu və texnologiyanın faydalarını təsdiqlədi. Birincisi, nanoköpüklər generator vasitəsilə oksigeni suya çox səmərəli şəkildə çatdıra bilir. Bu da öz növbəsində ən yüksək doyma səviyyəsini minimum itkilərlə təmin etməyə imkan verir.
Beləliklə, bitkilər kök zonasında çoxlu miqdarda oksigen alırlar ki, bu da sağlam kök inkişafına kömək edən oksigen alırlar. İkincisi, oksigen nanoköpükləri oksidləşdirici xüsusiyyətləri ilə yosunları məhv edir və patogenlərin inkişafına maneə törədir. Həmçinin suyun keyfiyyətini yaxşılaşdırır və suvarma sisteminin daha gigiyenik olmasını təmin edir”.
