Oktyabr ayında bağlarınızda, əkin sahənizdə hansı işləri görməlisiniz?

Latın dilində səkkiz mənasını verən, lakin 10-cu ay olan Oktyabr ayında bir sıra əlamətdar hadisələr mövcuddur. Azərbaycanda Müstəqillik günü, Beynəlxalq təbəssüm günü və s. Bu günlərlə yanaşı əkinçilərimiz, bağbanlarımız üçün önəmli olan oktyabr da hansı işlər görə biləcəkləridir. Bunların bir neçəsini sizlərə təqdim edirik.

Məhsulu qurtarmış bütün bitkilər bu ayda suvarılır, sahələr isə təmizlənərək yeni əkinlər üçün hazırlanır.

Yeni bağ salmaq üçün sahələr əkinə hazır vəziyyətə gətirilir. Yəni,
  • daş-kəsəkdən təmizlənir,
  • hamarlanır,
  • bitki əkiləcək yerlər nişanlanır,
  • çalalar qazılır,
  • qidalı torpaqla üzvi gübrələr qarışdırılaraq doldurulub suvarılır.

Tinglik sahələrdə əkin üçün çıxarılacaq bitkilər nişanlanır, artıq zoğlardan təmizlənir. Tələb olunan həcmdə üzvi və mineral gübrələr gətirilir. Şum aparılacaq bütün sahələrə qabaqcadan üzvi gübrələrin (torf, peyin, kompost) tam norması səpilib sonra şum aparılır.

Aran zonalarda və Abşeronda bütün həmişəyaşıl bitkilərin əkini davam etdirilir.

Avqust və sentyabr aylarında əkilmiş və səpilmiş bitkilər daim nəzarətdə olur.

Göz calağı edilmiş bitkilərdə müşahidələr aparılır, bütün sarğılar açılır.

Bitkilərin suvarılma normaları sentyabr ayına nisbətən azaldılır.

Meyvə bağlarında və üzümlüklərdə seyrək olan yerlərdə və qurumuş bitkilərin yerlərində yeni bitki əkini üçün çalalar qazılır.

Bağlarda ilk payız yağmurları başlayana kimi cərgəaralarına üzvi və mineral gübrələr verməklə dərin (2025 sm) şumlanır.

Bir çox çiçək bitkiləri – asfodelina, çiriş, dağlaləsi, sünbülçiçək, qarğasoğanı və b. toxumlarının və soğanaqlarının səpin vaxtıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!