Ölkədə cari ilin 6 ayı ərzində heyvandarlığın statistik göstəriciləri

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir.

Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artmaqdadır.

Tərtər rayon statistika idarəsinin rəisi Ədalət Məmmədovun verdiyi məlumata görə, bu ilin iyulun 1-i vəziyyətinə görə rayonda 29 min 769 baş qaramal, 52 min 465 baş qoyun və keçi olub. İribuynuzlu heyvanların sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 4 faiz və ya 1153 baş artıb. 2020-ci ilin yanvar-iyun ayları ərzində rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 1938 ton ət, 13 min 971,3 ton süd, 7620 min ədəd yumurta, 101,7 ton yun istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 0,3 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 0,5 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Aqrolizinq yolu ilə rayona gətirilmiş cins malların sayı 710 başdır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması da uğurla davam etdirilir.

2020-ci ilin yanvar-iyun aylarında rayonda 711 baş inək və düyə süni yolla mayalandırılıb. 654 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərdən olan buğaların toxumlarından istifadə edilir.

Kürdəmir

Kürdəmir rayonunda isə heyvandarlar son illər mal-qaranın cins tərkibinin yaxşılaşdırılaraq daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar. Onlar bunun üçün süni mayalandırmaya üstünlük verirlər.

Rayon statistika idarəsindən  verilən məlumatda bildirilir ki, cari ilin birinci yarısında 1126 baş inək və düyə süni yolla mayalandırılıb. Bu da ötən ilin müvafiq dövründəkindən çoxdur. Ötən altı ayda 876 baş cinsi yaxşılaşdırılmış buzov əldə edilib.

Qeyd edək ki, hazırda rayonda 5-i əsas, 1-i isə yardımçı olmaqla 6 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir və bu məntəqələrdə peşəkar baytarlar çalışır.

Yardımlı

buynuz-kəsimi-agroexpert.az_

Yardımlı rayonunda isə bu ilin birinci yarısında iribuynuzlu mal-qaranın sayı 28843 baş, o cümlədən inək və camışların sayı 14757, qoyun və keçilərin sayı isə 87727 baş olub. Rayonda mövcud olan iribuynuzlu mal-qaranın sayından 455 baş, davarların sayından isə 6054 baş qeyri-dövlət mülkiyyətinə aid kənd təsərrüfatı fəaliyyəti ilə məşqul olan hüquqi şəxs statuslu müəssisələrin mülkiyyətindədir.

Bu barədə  Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev məlumat verib.

O bildirilib ki, altı ayda rayonda fəaliyyətdə olan əsas süni mayalandırma məntəqəsində 154 baş inək, camış və düyələr elit əsas yardımçı törədicilərin toxumları ilə süni mayalandırılıb. Bu ilin əvvəlindən heyvanların süni mayalanmasından alınan buzovların sayı 96 baş olub.

Bu müddətdə rayonda 12836 sentner diri çəkidə ət, 119971 sentner süd, 2800 min ədəd yumurta, 1591 sentner yun istehsal olunub.

Heyvandarlıq məhsullarının istehsalında Bozayran, Allar, Hamarkənd, Sırıq kənd inzibati ərazi dairələrində ailə təsərrüfatları, hüquqi şəxslər arasında isə “Bəhrəli” kooperativi, “Sahil”, “Savalan” və “Təbriz” kəndli fermer təsərrüfatları daha yüksək nəticələr əldə ediblər.

Saatlı

Saatlıda qoyunçuluq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda təsərrüfatın bu sahəsinə böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. Hazırda onlarla fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürür.

Rayon Statistika İdarəsindən verilən məlumata görə, hazırda rayonun təsərrüfatlarında 114 min 607 baş qoyun-keçi bəslənilir.

Xeyli vaxtdır ki, rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı aparılır. İndiyədək fermerlər bəslədikləri qoyunlardan ümumilikdə 106 ton yun qırxıblar. Hər qoyundan orta hesabla 0.9 kiloqram yun götürülür.

Uzun illər qoyunçuluqla məşğul olan Əliəhmədli kəndli fermer təsərrüfatının rəhbəri Xankişi Əhmədov rayon üzrə yun istehsalında ən yüksək nəticə qazanıb. Təsərrüfat rəhbəri bəslədiyi 1570 başa yaxın qoyunun hər birindən 1,7 kiloqram yun əldə edib. Ötən il isə fermer hər qoyundan 1,1 kiloqram yun götürüb.

Rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı davam edir.

Qəbələ

Cari ilin altı ayı ərzində Qəbələ rayonunda 2 min 50,5 diri çəkidə ət, 20 min 231,4 ton süd, 11 milyon 483 min ədəd yumurta, 312 ton yun istehsal olunub. 2020-ci il iyulun 1-i vəziyyətinə rayonun təsərrüfatlarında 44 min 842 baş iribuynuzlu mal-qara, o cümlədən 22 min 215 baş inək və camış, 185 min 81 baş qoyun və keçi, 759 baş donuz mövcud olub.

Bu barədə  Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, ilin birinci yarısında təsərrüfatlarda süni yolla mayalandırılmış 4 min 484 baş inək və düyədən 2 min 289 baş cinsi yaxşılaşdırılmış bala alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67 baş çoxdur.

Hazırda rayonda 6 süni mayalanma məntəqəsi fəaliyyət göstərir.

Şamaxı

Şamaxı rayonunda cari ilin altı ayı heyvandarlar üçün uğurlu nəticələrlə yekunlaşıb.

Belə ki, ilin birinci yarısında heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə artıb.

Bu barədə Rayon Statistika İdarəsindən  verilən məlumatda bildirilir ki, yarım ildə diri çəkidə 2043 ton ət istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 ton çoxdur. Süd istehsalı da 4826 ton artaraq 15 min 903 tona çatıb. Yarım ildə, habelə yumurta istehsalı 431 min ədəd artıb və 9 milyon 241 min ədəd, yun istehsalı 25,7 ton çoxalıb və 399,8 ton olub.

Qeyd edək ki, süd istehsalında “Kürdəmir süd istehsalı” MMC-nin Şamaxıdakı təsərrüfatının xüsusi payı olub. Belə ki, yarım ildə rayonda istehsal edilən südün 38 faizi bu təsərrüfatın payına düşür.

Astara

Astara rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən biri heyvandarlıqdır. Ölkəmizdə aqrar sahədə çalışanlara göstərilən dövlət dəstəyi rayonda heyvandarlığın inkişafı üçün geniş imkanlar yaradıb.

Astara Rayon Statistika İdarəsindən  verilən məlumata görə, bu ilin birinci yarısında rayonda 1989 ton ət, 13646,4 ton süd, 4518 min ədəd yumurta, 18 ton yun istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda ət istehsalı 44,5 ton (2,3 faiz), yumurta istehsalı 3000 ədəd (0,1 faiz), yun istehsalı 1 ton (5,9 faiz) artıb.

Qeyd edək ki, Astara rayonunda 40929 baş iribuynuzlu, 22389 baş xirdabuynuzlu mal-qara var.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669