Ölkədə heyvandarlıq sahəsində bəzi bölgələr üzrə göstəricilər

Ölkə üzrə heyvandarlığın inkişafı üçün görülən işlər öz nəticələrini göstərməkdədir. 

Bu məqaləmizdə bir sıra rayonlarımızın heyvandarlıq sahəsində baş verənlərdən danışacağıq.

Biləsuvar

Biləsuvarda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində, ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yeniləşdirilməsi istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib.

Hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 40 min 244 baş iribuynuzlu mal-qara, 135 min 395 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 19 min 412 baş təşkil edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən  bildiriblər ki, hazırda rayonda 5 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrdə mütəxəssislər tərəfindən mayalanma aparılan 1391 baş inək və camışdan 353 baş bala alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44 baş çoxdur. Süni mayalanma yolu ilə alınan buzovlara görə mal sahiblərinə 35 min 300 manat subsidiya ödənilib.

Cari ilin altı ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 3 min 642 ton ət (diri çəkidə), 13 min 665 ton süd, 255 ton yun və 9 milyon 38 min ədəd yumurta istehsal olunub. Bu da ötən il istehsal olunan ətdən 340 ton, süddən 6 ton, yumurtadan 471 ədəd çoxdur.

mobil tətbiq agroexpert.az

Hacıqabul

Hacıqabul rayonunda da heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, mal-qara və qoyun-keçilərin baş sayını artırmaq məqsədilə mühüm layihələr həyata keçirilir ki, bu da öz növbəsində heyvandarlıq məhsulları istehsalının artmasına güclü təkan verir.

Hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 35 min 140 baş iribuynuzlu mal-qara, 130 min 127 baş qoyun-keçi bəslənilir. Naxırlarda ana inək və camışların sayı 15 min 331 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər ət, süd və yun istehsalının da artmasına güclü təsir göstərib.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilərək artırılır, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən  bildiriblər ki, hazırda rayonda 5 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssislər tərəfindən mayalanma aparılan 1347 baş inək və düyədən cari ilin altı ayı ərzində 770 baş cins tərkibi buzov alınıb. Bu da hər 100 inəyə 59 baş buzov düşür. Süni mayalama yolu ilə alınan buzovlara görə maldarlara 77 min manat subsidiya ödənilib.

Rayonun Qarasu kəndində fəaliyyət göstərən fermer Qabil Əliyevin dediyinə görə, süni mayalanma yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınan heyvanların həm diri çəkisi, həm də südü yerli inəklərinkindən 3-4 dəfə çox olur.

Cari ilin altı ayı ərzində rayonda 4 min 976 ton ət (diri çəkidə), 10 min 427 ton süd, 233 ton yun, 12 milyon 30 min ədəd yumurta istehsal olunub ki, bu da 2019-cu ildə istehsal olunan ətdən 528 ton, süddən 228 ton, yundan isə 2 ton çoxdur.

Sabirabad

Sabirabadda heyvandarlıq aqrar sektorun əsas sahələrindən biridir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə mühüm tədbirlər həyata keçirilir ki, bu da məhsul istehsalı və mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür, süni mayalanmaya xüsusi diqqət yetirilir. Süni mayalanma yolu ilə doğulan hər baş buzov üçün maldarlara dövlət tərəfindən 100 manat subsidiya verilməsi və digər tədbirlərin həyata keçirilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadəyə marağı daha da artırır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 14 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Bu ilin altı ayında bu məntəqələrin mütəxəssisləri tərəfindən ötən il mayalanma aparılmış 4 min 750 baş ana inək və düyədən 3 min 393 baş buzov alınıb ki, bu da hər 100 baş inəyə 72 bala demək. Doğulan buzovlara görə maldarlara 339 min 300 manat subsidiya ödənilib.

Rayonda fəaliyyət göstərən “Halal” Kəndli Fermer təsərrüfatının rəhbəri Vaqif Şıxalıyev bildirib ki, təsərrüfatımızda bəslənilən mal-qaranın hamısı cins tərkibi yaxşılaşdırılmış heyvanlardır. Bu heyvanların həm diri çəkisi, həm də südü yerli heyvanlardan 4-5 dəfə çox olur. Ona görə də, təsərrüfatımızda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetiririk.

Qeyd edək ki, hazırda Sabirabadın heyvandarlıq təsərrüfatlarında 121 min 595 baş ana inək və düyə saxlanılır ki, onların da 85-90 faizi cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669