Ölkədə ilk yarımilə aid olan tütün istehsalı göstəriciləri

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında tütün sahələrinə baxış keçiriblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən  bildirilib ki, Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, qurumun Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov yerli mütəxəssislərlə birgə sahələrdə aparılan becərmə işlərinin gedişatı ilə tanış olub, mövsümi aqrotexniki qulluq işlərinin düzgün təşkili ilə bağlı fermerlərə lazımi tövsiyələr verib və məhsul yığımına hazırlıq işlərinin təşkili səviyyəsini qiymətləndiriblər.

Nümayəndələr Balakən rayonunda yerləşən “Azərtütün ASK” MMC-yə məxsus sahədə becərilən yerli və xaricdən gətirilmiş 16 tütün sort nümunəsinin sınaq əkinlərinə də baxış keçiriblər. Ümumi qiymətləndirmə aparılaraq gələcəkdə ən yaxşı sort, hibrid və nümunələrin ölkəmizdə əkilməsi, təsərrüfatlarda yayılması istiqamətində müvafiq tədbirlər müəyyənləşdirilib.

tütün növü

Müəssisədən bildirilib ki, artıq tezyetişən bəzi sortlar üzrə yığım prosesinə başlanıb. Sahələrin ilkin monitorinqini aparan nazirlik nümayəndələri cari təsərrüfat ilində ötən illə müqayisədə daha yüksək məhsuldarlıq əldə olunacağını bildiriblər.

Builki mövsümdə “Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1527,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.

Hazırda cəmiyyətə məxsus sahələrdə yaşıl tütün yarpağının yığımı davam edir. Bu günədək cəmiyyətin həmin rayonlarda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 199 ton 245 kiloqram yaşıl tütün kütləsi daxil olub.

Bu barədə  “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda cəmiyyətin Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 4 tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. Tütün qəbulu məntəqələrində, ümumilikdə 262 tütünqurutma kamerası quraşdırılıb. Bu kameraların üstün cəhəti odur ki, yaşıl tütün kütləsi sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur. Tütün istehsalçıları artıq yaşıl tütünün ipə düzülməsi kimi çətin, əziyyətli və vaxtaparan işdən azad olublar. Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirmək mümkündür. Tütünün qurudulması prosesi 7-8 gün çəkir. Bu proses başa çatdıqdan sonra quru tütün anbarlara yığılır və daha sonra emal olunmaq üçün zavoda göndərilir.

Şöbə müdirinin sözlərinə görə, bu bölgələrin tütün istehsalı göstəriciləri belə olub:
  • Balakən rayonu üzrə istehsalçılardan 96 ton 980 kiloqram,
  • Şəki rayonu üzrə 64 ton 585 kiloqram,
  • Zaqatala rayonu üzrə 29 ton 895 kiloqram,
  • Qax rayonu üzrə isə 7 ton 785 kiloqram yaşıl tütün kütləsi qəbul edib.

Oğuzlu fermerlər isə mövsümün əvvəlindən indiyədək rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə 235 ton “Virciniya botaniki” növlü yaş tütün təhvil veriblər. İndiyədək bu emal məntəqələrində 23,5 ton quru tütün istehsal olunub. Bu il oğuzlu fermerlər 269 hektar sahədə tütün yetişdiriblər. Tütünün əkin sahəsi əvvəlki illə müqayisədə 2,4 dəfədən çox artırılıb. Cari mövsümdə sahələrə, əsasən “Virciniya botaniki” növlü tütün əkilib. Tütün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb. Hazırda rayonun Bucaq, Bayan və Sincan kəndlərində tütün emalı məntəqələri fəaliyyət göstərir. Bu məntəqələrdə, ümumilikdə, 78 tütünqurutma kamerası quraşdırılıb. Dərilmiş tütün yarpağı qurudulmaq üçün sahələrdən birbaşa bu emal məntəqələrinə gətirilir.

Xatırladaq ki, keçən il oğuzlu fermerlər 110 hektar sahədən 215,6 ton quru tütün əldə ediblər.

Ötənilki tütün istehsalının statistikası…

Eyni zamanda, indiyədək emal məntəqələrində 1675 kiloqram quru tütün istehsal olunub.

Mütəllib Mustafayev bildirib ki, bu günədək emal məntəqəsinə bölgə üzrə hamıdan çox Balakəndən olan fermerlər Ceyhun Məmmədov – 14,9 ton, İmran Cumayev – 9,9 ton və Ruslan Məmmədov – 8,1 ton yaşıl tütün kütləsi təhvil verib. Şəkidən isə Orxan Məmmədov və Vələmməd Həsrətovun hər biri indiyədək emal məntəqəsinə 7,2 ton, Zaqataladan Tərlan Hüseynov 4,5 ton, Qax rayonundan isə Pənah Şirinov isə 1,8 ton yaş tütün gətirib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673