Ölkədə tərəvəz məhsulu yığımı sürətlə davam edir

Sabirabadda tərəvəz yığımının qızğın çağıdır. Məhsul istehsalçıları yetişdirdikləri tərəvəz sahələrindən bu günədək 32 min 22 ton məhsul tədarük ediblər.

Rayon Statistika İdarəsindən bildiriblər ki, cari ilin yazında sabirabadlı əkinçilər 3 min 437 hektar sahədə tərəvəz əkiblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində əkin sahələrində bol məhsul yetişib. Yığıma vaxtında başlayan fermerlər bu günədək 1916 hektar tərəvəz sahəsindən 32 min 22 ton məhsul yığıblar. Ötən il bu rəqəm 26 min ton olub.

Tədarük olunan məhsulun 1271 tonunu kələm, 986 tonunu bibər, 8 min 588 tonunu xiyar, 9 min 647 tonunu pomidor, 2 min 517 tonunu badımcan, 4 min 964 tonunu soğan, 2 min 949 tonunu sarımsaq, 321 tonunu yerkökü, 283 tonunu süfrə çuğunduru və 496 tonunu isə s. tərəvəz təşkil edir. Əkinçilər, həmçinin 27 min 553 ton bostan məhsulları da tədarük ediblər.

Rayonda tərəvəz yığımı davam edir.

Digər bir rayonumuz Salyanda isə son illər istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb.

Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan salyanlı fermerlər bu il daxili və xarici bazarlara yüz tonlarla məhsul çıxarmaqla ölkəmizə daha çox valyuta gətirmək niyyətindədirlər.

Rayon Statistika İdarəsindən  bildiriblər ki, xeyli vaxtdır rayonun ayrı-ayrı yaşayış məntəqələrinin ərazisində fəaliyyət göstərən istixana komplekslərində məhsul yığımı aparılır və 17 min 859.5 ton tərəvəz tədarük olunub. Tədarük olunan məhsulun 17 min 84 tonunu pomidor, 775.5 tonunu isə xiyar təşkil edir. Yığılan məhsulun əksər hissəsi daxili bazarlara göndərilir. Qiymətlər də təsərrüfat sahiblərini qane edir.

Qeyd edək ki, hazırda Salyanda 477 istixana kompleksi mövcuddur ki, bunun da 453-də tərəvəz yetişdirilib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673