Ölkədə yetişən bibər sortları

2017-ci ildə Dövlət reyestrinə yeni daxil edilən bitki sort və hibridlərinin xarakteristikası siyahısından.

Şirin bibər sortları.

bolqar bibəri haqqında maraqlı məlumatlar

Bu sortlar (həm şirin, həm də acı bibər) Respublikada tərəvəz becərilən zonalar üçün qeydiyyata alınmışdır. 

“Töhfə” şirin bibər sortu istixana üçündür, tezyetişən sortdur. Bitki, yığcam formalı, orta boylu və az şaxələnəndir. Yarpaqlanma dərəcəsi orta səviyyəlidir. Gövdə üzərində 6-10 yarpaqdan sona budaqlar formalaşır. Yarpaqlar uzunsov-yumurtvaridir. Çiçəkləri iridir, ağ rənglidir. Onların rəngi texnikiyetişkənlik dövründə fazasında açıq yaşıl, tam yetişkənlik dövründə isə qırmızıdır. Bir meyvənin kütləsi 90-125 q həddində dəyişir. Meyvə əti şirəli və zərifdir. 1000 ədəd toxumun kütləsi 5.5 q-dır. Respublikanın tərəvəz becərilən zonaları üzrə mühafizə hüququ (patent) verilməklə qeydiyyata alınmışdır.

“İlanga” şirin bibər hibridi örtülü və açıq sahə üçündür. Çəkisi 190-240 qr, uzunluğu 11-13 sm, ölçüsü 3-4 sm, divarının qalınlığı 6-9 mm-dır. Bioloji yetişkənlikdə yaşıl, texniki yetişkənlik halında parlaq sarı rəngdə olur. 

>>>>> >>>> Şirin bibər immunitedi möhkəmləndirir  <<<<Şirin bibər immunitedi möhkəmləndirir  <<<<<

“Red Jet” şirin bibər hibridi örtülü və açıq sahə üçündür. Çəkisi 200-250 qr, uzunluğu 13-15 sm, ölçüsü 3-4 sm, divarının dalınlığı 7-9 mm-dır. Bioloji və texniki yetişkənlik halında yığılır. 

“Flamingo” şirin bibər hibridi açıq sahə və istixana üçündür. Tezyetişəndir (65 gün). Çəkisi 170-200 q, ölçüsü 8×12 sm, dörd kameralıdır. Saxlanma və daşınmaya davamlıdır. 

“Dinamica” şirin bibər hibridi örtülü və açıq sahə üçündür. Çəkisi 200-240 qr, uzunluğu 17 sm, ölçüsü 6-8 sm, divarının dalınlığı 8-10 mm-dır. Bioloji yetişkənlikdə yaşıl, texniki yetişkənlik halında tünd qırmızı rəngdə olur. 

Acı bibər sortları

Bu sortlar Respublikanın tərəvəz becərilən zonaları üzrə mühafizə hüququ (patent) verilməklə qeydiyyata alınmışdır.

“Odlu” acı bibər sortu Genetik Ehtiyatlar İnstitutuna məxsusdur. Sort tezyetişəndir, yəni kütləvi cücərtilərin əmələ gəlməsindən ilk meyvələrin texniki yetişkənliyinə qədər 104-107 gün, bioloji yetişkənliyə qədər isə 133-140 gün keçir. Çiçəkləri ağ rənglidir. Kasacığın forması qədəhvaridir və piqmetsizdir. Meyvələrin forması uzunsov konusvari olub, rəngi texniki yetişkənlik fazasında yaşıl, bioloji yetişkənlikdə isə tünd qırmızıdır. Onlar bitki üzərində sallanan vəziyyətdə durur. Bir meyvədə toxumların sayı 160-210 ədəddir. Sort soluxma xəstəliyinə qarşı davamlıdır.

acı bibər sortları

 >>>>> >>>> Dünyanın ən acı bibəri <<<<Dünyanın ən acı bibəri <<<<<

“Ulduz” acı bibər sortu yığcam formalı və hündürboy olub, kolun hündürlüyü 70-75 sm təşkil edir. Bitkinin yarpaq sıxlığı orta səviyyədədir. Ətirliliyi orda dərəcədədir. Toxumun forması yastı-yumru olub, səthi hamar və rəngi aşıq sarıdır. Orta irilikdədir. Sort tezyetişəndir. Kütləvi çıxışdan meyvələrin texniki yetişkənliyinə qədər davam edən müddətin uzunluğu 113-115 gün arasınadəyişir. Soluxma xəstəliyinə qarşı davamlıdır “Ulduz” sortu meyvəsinin formasına, bitkinin rənginə, ölçüsünə, rəngi və formasına, çiçəyinin rəngi və böyüklüyünə görə digər sortlardan fərqlənir. 

>>>>> >>>> Acı bibər turşusu <<<<<Acı bibər turşusu <<<<<<

“Şəfəq” acı bibər sortu yarımşaxəli və kolun hündürlüyü 35-45 sm olaraq alçaq boyludur. Gövdənin rəngi yaşıl, forması künclü olub, üzərində tükcüklər sıxlığı seyrək haldadır. Bitkidə yarpaqlar orta sıxlıqda yerləşmişdir. Yarpaq ayasının forması lanset-ellips şəkilli olub, orta irilikdədir. Rəngi yaşıl və kənarı tamdır. Çiçəklərinin iriliyi orta səviyyədədir və rəngi aşıq-sarıdır. Rəngi texniki yetişkənlik mərhələsində yaşıl, bioloji yetişkənlik fazasında isə qırmızıdır. Bitki üzərində asılan vəziyyətdə yerləşir, toxumlar orta irilikdə olub, rəngi açıq-sarı və səthi hamardır. Yastı yumru formaya malikdir. Sort tezyetişəndir. Kütləvi çıxışdan meyvələrin texniki yetişkənliyinə qədər olan müddət 105-110 gün davam edir. Fuzarioz soluxmasına qarşı davamlıdır. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!