Ölkədə yetişən kələm sortları

2017-ci ildə Dövlət reyestrinə yeni daxil edilən bitki sort və hibridlərinin xarakteristikası siyahısından. Bu sortların hamısı Respublikanın tərəvəz becərilən zonaları üzrə qeydiyyata alınmışdır.

“Rinda” kələm hibridi iri yarpaq ölçüsünə malikdir, çəkisi 2 kq qədər
olur.

“Arrivist” kələm hibridi İri yarpaq ölçüsünə malikdir, çəkisi 2-5 kq
qədər olur. Vegetasiya müddəti 110-115 gündür.

“Pandion” kələm hibridi İri yarpaq ölçüsünə malikdir, çəkisi 0.8-1.5 kq
qədər olur. Vegetasiya dövrü 110-115 gündür.

kələm sovkası

“Centurion” kələm hibridi İri yarpaq ölçüsünə malikdir, çəkisi 3-3.5 kq
qədər olur. Vegetasiya dövrü 110-115 gündür.

“Albatros” kələm hibridi bərk formaya malikdir, çəkisi 2.3-2.6 kq qədər
olur. Vegetasiya dövrü 120-142 gündür.

“Slavyana” kələm hibridi tezyetişəndir, vegetasiya dövrü 60 gündür.
Çəkisi 1.5-2 kq qədər olur. Respublikanın tərəvəz becərilən zonaları üzrə
qeydiyyata alınmışdır.

“Geant” kələm hibridi orta gecyetişəndir. Vegetasiya müddəti 110-120
gündür, çəkisi 4.0-6.0 kq, tünd yaşil rəngli, yumru formalıdır. Daşınmaya
davamlıdır.

“Brigadier” kələm hibridi orta gecyetişəndir. Vegetasiya müddəti 110-
120 gündür, çəkisi 3.0-5.0 kq, açıq yaşil rəngli, görünüşün itirmədən 4-6 ay saxlamaq olur. Daşınmaya davamlıdır.

“Red Charisma” qırımızı kələm hibridi açıq sahə üçündür, vegetasiya
müddəti 100-110 gündür. Meyvəsi 1-2.5 kq, oval şəkilli, içərisi və çölü qırmızı rəngdədir.

Gül kələm

agroexpert_az gul kələmi və brokoli

“Mignon” gül kələm hibridinin vegetasiya müddəti 75-90 gündür. Çəkisi
1.5-2.5 kq olmaqla daşınma və saxlanması normaldır. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır. Respublikanın tərəvəz becərilən zonaları üzrə qeydiyyata alınmışdır.

“Aviso” gül kələm hibridi örtülü sahə üçündür, vegetasiya müddəti 70-75 gündür. Çəkisi 1.5-2.5 kq olmaqla daşınma və saxlanmaya davamlıdır. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır. Respublikanın tərəvəz becərilən zonaları üzrə qeydiyyata alınmışdır.

Əlavə olaraq Kahı və kərəviz sortlarını qeyd edək. Bu sortların hamısı Respublikanın tərəvəz becərilən zonaları üzrə qeydiyyata alınmışdır.

Kahı

“Cartagenas” kahı hibridi örtülü və açıq sahə üçündür. İstiliyə və
quraqlığa davamlıdır. Yaşıl böyük yarpaqlı və iri başlıqlıdır.

“Othilie” kahı hibridi örtülü və açıq sahə üçündür. Güclü kök sisteminə
malikdir. İqlim şəraitinə tez uyğunlaşır. İstiliyə və quraqlığa, xəstəliyə
davamlıdır.

“Crunchita” kahı hibridi örtülü və açıq sahə üçündür. Süfrə və emal üçün yararlıdır. xəstəliyə davamlıdır. Görünüşü oval şəkilli və bükülüdür.

kərəviz bitkisi haqqında

Kərəviz

“Uzun utah” kərəviz sortunun vegetasiya müddəti 160-180 gündür. Xoş
ətrə malikdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!