Ölkələrin Yeni ildə ən qəribə adətləri

Hər bir ölkə Yeni ili özünəməxsus adət-ənənələrlə qeyd edir. Kimi buzlu suya girir, kimisi ev əşyalarını atır.  Digərlər isə Yeni ili qeyd etmək üçün gecə yarısını gözləyirlər, şampan açırlar və küknar ağacı ətrafında rəqs edirlər. Bu bayramı daha fərqli qeyd etmək istəyənlər üçün bir çox dünya ölkələrinin təcrübələri mövcuddur. Bugünki mövzünü biz ölkələrin Yeni ilin bayramının ən qəribə adətlərindən həsr edirik. Beləliklə başlayaq…

Yeni ilin adətləri

kütləvi öpüş Venesiya“Kütləvi öpüş” — Venesiya

Bu Yeni il ənənəsi ən qəribə ənənə olmasa da, yerli sakinlər və bir çox turistlər üçün ən arzuolunandır. Öpüş marafonu hər il dekabrın 31-də gecə yarısı Müqəddəs Mark meydanında baş tutur. Hər il bu mərasimə romantik cütlüklər axışır. Saat 10-da qüllə altında toplaşan cütlüklər atəşfəşanlığı gözləyirlər. İlk dəfə bu mərasim 2008-ci ildə keçirilib və ən yaxşı Yeni il bayramı kimi beynəlxalq mükafata layiq görülüb.

Malanka bayramı — Ukrayna

Ukraynada yeni il 2 dəfə qeyd olunur: Qriqorian təqvimi üzrə yanvarın 1-i və Yulian təqvimi üzrə yanvarın 14-ü (köhnə yeni il). Köhnə yeni ili keçirmək üçün Qərbi Ukraynada büdpərəst ənənə var: Malanki bayramı. Bəzənmiş insanlar bayramı rəqslərlə, mahnılarla, yumruq döyüşləri və yürüşlərlə keçirirlər. Bəzənən insanlar bir-bir evləri gəzir. Ənənəvi olaraq onların qarşısında qarı Malanka gedir. Malanka yamaqlı ətək, köhnə şal geyinən, göz və qaşları boyalı, üzü ağardılmış və çuğundurla dodağı boyanmış oğlandır. Onun arxasınca isə qoca babayla qarı, qaraçı, keçi, ayı, durna və başqaları gedir. 

Heyvanları eşitmək cəhdi — Rumıniya

Rumıniyada heyvanların insan dilini bilməsinə dair inanc var. Bununla bağlı formalaşan Yeni il ənənəsi isə xüsusilə fermerlər arasında məşhurdur. Yeni il ərəfəsində fermerler tövləyə və ya axıra gedərək heyvanları eşitmək üçün var güclərini sərf edirlər. Əgər qəfildən heyvanların onlarla insan dilində danışdığını eşitsələr, bu, pis işarədir və gələn ilin asan keçməyəcəyini göstərir. Yox, əgər heç nə eşidilməsə, bu uğura işarə edir. 

Sualtı küknar ağacıSualtı küknar ağacı ətrafında xorovod (Rus xalq rəqsi) — Rusiya

Bu, dünyada mövcud olan ən qəribə Yeni il adətlərindən biridir. Dalğıclar küknar ağacı, şampan butulkası götürərək Baykal gölünün dərinliyinə baş vururlar. Su altında küknar ağacı torpağa basdırılaraq bəzədilir. Ağac ətrafında xorovod təşkil olunur. Bu ənənənin artıq 20 yaşı var. Ötən il sualtına Şaxta baba da daxil olaraq hədiyyələr paylamışdı. 

 Takanakuy döyüşü festivalı — Peru

İl ərzində toplanan stress və yorğunluqdan xilas olmaq üçün ən yaxşı vasitə səyahətdir. Səyahət üçünsə Peruda yerləşən kiçik Santo Tomas kəndini seçə bilərsiniz. Dekabrın son günlərində burada Takanakuy festivalı keçirilir. Festivalda bütün yerli sakinlər bir yerə toplaşaraq rəqs edir, içir və… bir-birlərini ölümcül hala salana qədər döyürlər. Bəli, qaydasız döyüş əylənmək üçün yaxşı variantdır.

Döyüşlərdə hər kəs – qadınlar, kişilər, uşaqlar, hətta yaşlılar da iştirak edir. Bu günlər ərzində bütün incikliklərdən xilas olmaq olar. Bunun üçün sadəcə oğurlanmış qoyundan xarab olan pivəyə qədər hər incikliyin heyfini almaq lazımdır. Bu davalar rəsmi icazə ilə keçirilir. Şikəstliklərə görə də heç kəs məsuliyyət daşımır. 

“Yeni ilin buraxılması” — İngiltərədə

İngiltərədə “yeni ilin buraxılması”  kimi qədim ənənəyə əməl olunur. Saat 12-ni göstərdikdə insanlar əvvəlcə evin arxa qapısını açaraq “köhnə ili azad edir”, daha sonra ön qapını açaraq “yeni ili içəriyə buraxırlar”.

Müsəlman xalqlarında Ay təqvimindən istifadə qəbul edilib, bu səbəbdən Yeni il onlarda hər dəfə 11 gün irəliyə doğru yerini dəyişdirir.

irland çörəyi Hər evə çörək — İrlandiya

İrlandlar Yeni ili qeyd etməyi çox sevirlər və bunu çox səs-küylü edirlər. Bunun üçün onlar bütün ailəni və ya dostlarını ətraflarında toplayırlar. İrlandiyada çox sayda ənənə və mövhumatlar qorunub saxlanıb. Bunlardan biri əcnəbilərə xüsusilə qəribə görünə bilər. Ənənənin mahiyyəti çörək tikəsiylə evlərin qapılarına və divarlara döyməkdən ibarətdir. Bu, hər evə rifah, firavanlıq, uğur və çörək gətirməlidir. 

Yeni il komediya şousuna baxmaq — İslandiya

İslandiyada Yeni il belə qeyd olunur: axşam saat 6-da radio yandırılır. Radiodan kafedral yayımına qulas asılır. Saat 8-də hər kəs böyük tonqallara baxmaq üçün küçələrə çıxır.

Əvvəllər evi yeni il üçün təmizləmək məqsədilə bu tonqallara köhnə istifadə olunmayan əşyalar atılırdı. Hazırda isə ənənə tonqala nadir halda atılan hansısa köhnə corab və ya ayaqqabı ilə qorunur. Ən qəribəsi isə bundan sonra başlayır. Saat 10-da bütün İslandiya xalqı televizorlar qarşısında toplaşaraq komediya şousuna tamaşa edir. Bu ənənə 1966-cı ildə formalaşıb. Sorğular göstərir ki, əhalinin 90%-i bu şouya baxır, ertəsi gün isə hamı onu müzakirə edir. 

Çiçəklərlə bəzəməyi, gül və konfet yığılmağı – Hindistanda 

Hindistanda Yeni il parlaq və qeyri-adi keçirilir; ölkənin şimalında yaşayan hindlilər özlərini müxtəlif çiçəklərlə bəzəyirlər. Cənubda isə belə bir ənənə mövcudur: qadınlar məcməyiyə gül, konfet və s. yığırlar. Yeni ilin ilk günündə uşaqlar gözləri bağlı şəkildə bu hədiyyələrdən birini seçirlər.

Hindistanın qərbində Yeni il oktyabrın sonunda qeyd edilir.

Əridilmiş qalayda fala baxma — Finlandiya

əridilmiş qalaydaYeni ildə talelərini öyrənmək istəyən finlandiyalılar əridilmiş qalayda fala baxırlar. Bunun üçün qalay balaca nalda əridilir, içərisində soyuq su olan vedrəyə tökülür və alınan əyri-üyrü fiqurda hər-hansı bir forma axtarılır. Alınan formanın nəyi ifadə etdiyini izah etmək üçün əsl ekspert olmaq lazımdır.

Aşağıda hər işarənin mənası qeyd olunub…Misal üçün:

Əgər:

  • Fiqur üzük və ya ürəyi xatırladırsa, bu, toy olacağına işarə edir.
  • Gəmi və qayığa bənzəyirsə, sizi səyahət gözləyir.
  • Alınan fiqur donuz balasına bənzəyirsə pəhrizinizlə vidalaşın.
    Çünki bu forma yeməyin bol olacağını göstərir. 

Bayram acgözlüyü — Estoniya

Yeməyin az olduğu və hər kəsə sadəcə kiçik bir pay yemək düşdüyü vaxtların xatirəsinə estoniyalılar ildə, heç olmasa, bir günü acgözlüklə keçirmək üçün ənənə formalaşdırıblar. Yeni ildə onlar 7 dəfə süfrə arxasında əyləşirlər. İnanca görə, bu, gələn ildə rifah və toxluğu təmin edir. Bəzi insanlar bu gün hətta 9 və ya 12 dəfə yemək yeyirlər. Bu rəqəmlərin də bir izahı var: Belə ki, 7, 9 və 12 Estoniyada uğurlu rəqəmlər hesab olunur. 

Qəbiristanlıqda gecə — Çili

Çilinin kiçik şəhərciyində ən qəribə Yeni il ənənələrindən biri mövcuddur. Yerli sakinlər bayramı bu dünyadan köçən yaxınları, qohumları ilə keçirmək üçün qəbiristanlığa toplaşırlar. Bu ənənə artıq bir neçə əsrdir keçirilir. Ənənə gənc yaşda ölən ataları ilə birlikdə bayramı keçirmək istəyən uşaqların əfsanəsindən ilhamlanaraq formalaşıb. İndi hər il dekabrın 31-də axşam saat 11-də mer qəbiristanlığın qapılarını açır və buraya minlərlər insan daxil olur. Gözəl işıqlandırılan qəbiristanlıqda klassik musiqi səsləndirilir. 

aşılmış fənər“Asılmış fənər” işıqlandırılması — Çində

Çində Yeni il yeni ay müddətində – 17 yanvar – 19 fevral tarixlərində qeyd edilir. Küçələrdə asılmış xeyli sayda fənər bayram yürüşlərini işıqlandırır. Hesab edilir ki, bu şəkildə Yeni ilə gedən yol “işıqlanır”.

Pəncərədən əşyaların atılması — CAR

Dünyanın ən kriminal rayonlarından biri olan Hillbro 1990-cı illərdə formalaşan olduqca təhlükəli Yeni il ənənəsi ilə də məşhurdur. Rayon sakinləri Yeni ili hündürmərtəbəli binaların pəncərələrindən köhnə əşyaları atmaqla salamlayırlar.

Pəncərədən mikrodalğalı sobadan tutmuş yatağa qədər hər şeyi atan sakinlər polisləri cana yığıb. Atılan “materiallar” uzun müddətə bəs etsin deyə, əşyalar ilboyu yığılır. 2011-ci ildə bu ənənə qadağan olunub. Lakin hətta küçədə keşik çəkən polis də yoldan keçən biçarəni yuxarıdan başına düşən soyuducudan xilas edə bilməyib. 

 İnəklər üçün təbrik — Belçika

Belçikanın südlü şokoladları bütün dünyada məşhurdur. Bu ölkədə inəklərə xüsusi hörmətlə yanaşırlar. Belçika fermerlərinin belə bir adəti var: yanvarın 1-də sübh tezdən yuxudan duran fermerlər inəklərin yanına gedərək onlara xoşbəxt yeni il arzulayırlar. Əlbəttə, fermerlər digər kənd təsərrüfatı heyvanlarına da belə hörmətlə yanaşırlar. Bəlkə də,elə, bu möhtəşəm nəticələrə aparan açardır. 

“Su festivalı” – Birmada

Birmada Yeni il aprelin 1-də qeyd olunur. Həmin vaxt bu ölkədə dəhşətli istilər olur. Ölkə vətəndaşları bu vəziyyətdən əla çıxış yolu tapıblar: “Tincan” su festivalı. Bu festivalda sakinlər yeddi gün bir-birilərinə su atırlar.İdman müsabiqəsi ABŞ-da

İdman müsabiqəsi — ABŞ-da

Bu ölkədə müxtəlif millətlərə məxsus insanlar yaşadığından, bayramla bağlı dini məsələlər əyləncə istiqamətinə yönəlib. Yeni İli evdə qeyd edənlər hind toyuğu bişirir və şərab içirlər. Bu gecəni küçədə qeyd edənlər adətən sampan şərabı və gözəl yeməklə bayramı qeyd edirlər.

Qəribəsi budur ki, ABŞ-da Yeni İl idman müsabiqəsi kimi də qeyd olunur. Adətən bu günlərdə Amerikada futbol oyunları təşkil edilir. Bir çox insan həmin gecəni oyuna baxmaqla keçirir.

 

Mənbə

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика