agroexpert.az_et_istehsali
Xəbərlər

Ölkəmizdə 556 min tondan çox ət istehsalı…

Ötən il Azərbaycanda diri çəkidə ət istehsalı 3 % artaraq 556,6 min ton, süd istehsalı 2,8 % artaraq 2 milyon 80,4 min ton olub.

Ət istehsalı

agroexpert.az_ət_istehsalı
agroexpert.az_ət_istehsalı

Dövlət Statistika Komitəsindən bildirilib ki, il ərzində yumurta istehsalı 2,3 % azalaraq 1 milyard 674,7 milyon ədəd, yun istehsalı isə 1,2 % azalaraq 15,8 min ton olub.
Bundan başqa, ölkədə 514 ton barama istehsal olunub ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.

2018-ci ildə hər inək və camışdan orta hesabla 1589 kiloqram süd sağılıb.

Ət məhsuldarlığı

İlkin məlumatlara görə, bu il yanvarın 1-də ölkə üzrə, aşağıda qeyd olunan məhsul mövcud olunub:

  • 8 milyon 357,9 min baş qoyun və keçi;
  • 2 milyon 666,6 min baş iribuynuzlu mal-qara;
  • 1 milyon 282,3 min baş inək və camışlar;

Qaramal naxırının 48,1 faizini inək və camışlar təşkil edir.

Ötən il quşçuluq fabriklərində diri çəkidə 74,4 min ton quş əti və 640, 2 milyon ədəd yumurta istehsal olunub.
Ümumilikdə, fabriklər üzrə cəmi quşların sayı 12 milyon 257 min baş olub. Həm də hər yumurtlayan toyuqdan orta hesabla 169 ədəd yumurta alınıb.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!