Ömründə bir dəfə çiçək açan bitki

Bəzi bitkilər ildə bir neçə dəfə, bəziləri isə ildə yalnız bir dəfə çiçək açır. Bəziləri bir il həsrət çəkdirib növbəti il öz çiçəkləri ilə bizləri sevindirir. Bir də bütün həyatı boyunca yalnız bir dəfə çiçək açan Aqava bitkisi də var. Bu bəlkə 40 il sonra ola bilər, bəlkə də 100 il sonra …

Çiçəklərdən öyrənəcəyimiz çox şey var. Digər toxumlarla eyni vaxtda cücərmək və çiçəkləmək, harmoniya və mənsubiyyət kimi. Hər çiçək öz torpağını mənimsəyir. Çiçəkləmə, meyvələrin və xəzanın sinxronizasiyasından, vaxtına uyğun mübarizə apararaq isti və soyuq şərtlərə davam gətiməsi kimi. Bəzi bitkilər də var ki, bizə səbr öyrədir. Aqava bitkisi də o çiçəklərdəndir.

Türk dilində səbrotu və ya səbr adlanan Aqava bitkisi Aqavaceae fəsiləsindəndir. Sabırgiller olaraq bilinən bu fəsilənin ən məşhur üzvü Yucca bitkisidir.

YUNESKO-nun Dünya Mədəniyyət Mirası Siyahısında olan Aqava bitkisi, ortalama 60-100 il arasında dəyişən müddətdə yalnız bir dəfə çiçək açır. Hətta bu bitkini yetişdirən bəzi insanlar bitkinin çiçəyini belə görmürlər. Buna görə bu bitkiyə əsr bitkisi deyilir.

Aqava bitkisinin yetişdiyi yerlər Orta Amerika və Meksikadır. Aqava və Littaea olmaqla iki alt qrupa bölünən bu bitkinin təxminən 300 növü var.

Meksikadakı yetişdirilən mavi aqava bu bitkinin ən populyar növlərindən biridir.

Qulluq edilməsi
aqava bitkisi agroexpert.az

Bitkiyə qulluq xeyli asandır. Bir kaktus növü olaraq çox su verilməsinə ehtiyacı olmur. Bağçanızda olan bu bitkini ayda bir dəfə suvarmağınız kifayətdir.

Aqavanın hündürlüyü 50-60 sm arasındadır, ancaq 10 metr hündürlükdə çiçək aça bilər. Kaktus formasına bənzəyən, quruluşuna görə çox su istəməyən bu bitki tropik hava şəraitini sevir. Toxuculuq və likör kimi fərqli sahələrdə istifadə edilən Aqavanın çəyirdəyinin suyundan aqava siropu əldə edilir.

Bitkinin çoxaldılması

Aqavanı çoxaltmaq olduqca asandır. Bağçanızdakı bitkinizdən bir çox bitki yetişdirmək mümkündür. Yalnız təzə bir yarpaq kəsib torpağa basdırmağınız kifayətdir. Çox dərin basdırmaq lazım deyil, səthə yaxın olmalıdır. Sonra bu torpağı sulayın və təxminən 3 ay gözləyin. Torpaqdan çıxan filizlərdən sonrasında yeni bitki göyərmiş olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!