Onlayn axtarışın bir günü

İnsanlar bütün günü internetdə bir şeylər axtarır. Google, yandex də elə buna görə populyar olmadılarmı? Sayt SEO-ları, məqalə yazanlar və müxtəlif şirkətlər üçün insanların nə axtardığı çox önəmli informasiyadır. Bəs insanlar internetdə nə axtarır? Gəlin biraz bu axtarışın anatomiyası ilə tanış olaq.

Bu məqalə yandex.ru portalının araşdırmalarına əsasən hazırlanıb. Ümumiyyətlə internetdə axtarış motorlarına üç şey soruşulur: məktəb, kino və əxlaqsız kontent.

  • İnsanlar səhər və gündüz təhsillə
  • Axşamlar kino ilə
  • Gecə isə əxlaqsız kontentlə maraqlanır.

Bundan əlavə ən çox axtarılan mövzulardan biri də istirahət və əyləncədir.

Səhərlər axtarış saat 6-dan sonra başlayır. İlk iş olaraq insanlar havanı soruşur, radio qoşur, yuxu yozur və bayramdırsa bir-birilərini təbrik edirlər.

Saat 8-9 arası öz şəxsi işləri ilə məşğul olur, 9-da isə artıq iş günü başlayır.

Saat 9-17 arası işgüzar axtarışlar bol olur-qanunvericilik, biznes, istehsalat (sertifikat, təhlükəsizlik normativləri, məhsullar). İşlə yanaşı insanlar dövlət xidmətləri və pullarla bağlı, sənəd düzəltmə, ödəmələr və sair barədə axtarış edir.

Saat 15-də işlə bağlı axtarışları əyləncə əvəzləməyə başlayır. Məsələn, oyunlar. 🙂 Saat 17-dən sonra işlə bağlı axtarışlar qalmır, oyunlara maraq zirvədə olur. Həmçinin, resept və multfilm axtarışı başlayır. Məktəblilər ev tapşırıqlarına girişir.

Saat 22-də uşaqlar yatır-məktəb və multfilmə maraq ölür. Əvəzində gözəllik və sağlamlıq, məşhurlar, idman haqqında axtarışlar çoxalır. Aydın məsələdir. Valideynlər uşaqlar yatdıqdan sonra stress atırlar. Gecəyə kimi ən xarakterik axtarış-kinodur. Hətta gecə də bu tendensiya davam edir.

Bax beləcə insanların axtarışlarını bir az təhlil eləmiş olduq. Düzdür bu analiz ruslar üçün məxsusi ola bilər, amma insan hər yerdə insandır, onun maraqları və arzuları dəyişməzdir. Başqa məqalədə yenə axtarış mövzularından bəhs edəcəyik.

Burda isə yandex.ru-da ən çox soruşulan frazalara baxa bilərsiniz:

agroexpert_insanlar_en_cox_ne_axtarir

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

2 thoughts on “Onlayn axtarışın bir günü

  • Fevral 8, 2018 at 8:48 səhər
    Permalink

    Maraqlı məlumatdır 🙂 Həqiqətəndə elədir.

    Reply
  • Aprel 30, 2018 at 12:31 axşam
    Permalink

    It’s actually a nice and useful piece of info.
    I’m satisfied that you simply shared this helpful information with us.

    Please stay us informed like this. Thank you for sharing.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика