Ördəklərin düzgün yemlənməsi

Aqrobiznesin ən önəmli məsələlərindən biri heyvanların düzgün yemlənməsidir. Məhz yemə diqqətsizlik heyvanların xəstələnməsinə, veriminin düşməsinə və sonda heyvanın rentabelliyinin düşməsinə səbəb olur. Hər nə qədər ördəklər yemlənməyə qarşı təvazökar olsalar da yenə də bu işə girişib pul qazanmaq istəyən biznesmenlər bəzi nüanslara diqqət etməlidirlər. korma dlya utok

Quşların ilk 6 həftə ərzində yaxşı yemlənməsi vacibdir. Daha sonra yaşa uyğun yem rasiyonu seçmək lazımdır. Ümumiyyətlə ördəkləri yemləmək üçün tövsiyyə olunan yemlər bunlardır:

  • Qarğıdalı: ən lazımlı qidadır, rasionun yarısını təşkil edə bilər
  • Buğda: quşa lazım olan B və E vitamini var.
  • Arpa: Bütün rasionun 30%-dən çox olmamalıdır. Arpanı xırdalayıb verin.
  • Yulaf: Bu yem ördək balalarının tez böyüməsinə və yağlanmasına səbəb olur. Heyvan sağlam olur.
  • Noxud: Rasionda 10% olmağı yaxşıdır. Xırdalanmış şəkildə verin.

Ördəklər qarınquludurlar, çox yeyirlər. Onların aclıqlarını dəf etmək üçün soya, pambıq və günəbaxan jmıxı verilir. Bu da 15%-i keçməməlidir ki, piylənməyə səbəb olmasın.

Bunlardan əlavə ördəklərə bu yemləri də verirlər:

  • B qrup vitaminlər: Əsasən çörək mayasında olur. Çörəyi suda əzib də verə bilərsiniz.
  • Yaşıl ot: Əgər ördək biznesindən daha çox kar əldə etmək istəyirsinizsə ördəklər üçün otlaq yeri təşkil edin. Bir ördəyin norması gündə 500 q otdur.
  • Tərəvəz: Kök, kələm, boranı və turp doğranıb verilə bilər.
  • Protein: Süd məhsulları, ət-sümük unu və bişmiş balıq vermək lazımdır ki, ördəklərdə protein çatışmazlığı olmasın.
  • Mineral əlavələr: Xırda balıqqulağı (çinqil), yumurta qabığı, yemək duzu ördəklərin günlük yem rasionuna qatılmalıdır. Xüsusən yumurta vermə dönəmində.

Ördəyə ətlik və yumurtalıq istiqamətə görə yem rasionu təyin edə bilərsiniz.

Yumurtalıq ördəklərə yumurtaqoyma dövründən 20 gün əvvəldən başlayaraq yemdə proteini artırıb, şirəli və bərk yemləri azaldırlar. Kalsium miqdarı artırılır ki, yumurtalar sağlam olsun.

Yumurtalıq ördəyin 1 günlük yem rasionu:

  • buğda (85 q)
  • qarğıdalı, arpa unu (100 q)
  • jımıx (6-15 q)
  • balıq və ət artığı (2-9 q)
  • saman (40 q)
  • köhnə tərəvəz (110 q)
  • təbaşir, balıqqulağı (10 q)
  • duz (1-2 q)

Gün ərzində ördəklər ən azı 3 dəfə yemlənir və bu yemləmələrdən 3-ü nəm qarışıqdan ibarət olmalıdır. Axşama cücərdilmiş buğda verin.

Ətlik ördəyin 1 günlük yem rasionu:

  • buğda doğranmış və kəpək (40 q)
  • ot (80 q)
  • bişmiş kartof (70-80 q)
  • qarğıdalı, arpa, yulaf qırıntısı (100 q)
  • jımıx (10 q)
  • ət artığı (25 q)
  • təbaşir, balıqqulağı (6 q)
  • duz, maya (droj) (1 q)

Ətlik istiqamətli quşlara balıq və sümük verməyin.

Digər məqalədə isə ördək balalarının yemlənməsi barədə yazacayıq.

 

 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

One thought on “Ördəklərin düzgün yemlənməsi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!