Ördək balaları üçün hin

Ördək balaları üçün hin

Ördək biznesinin üstünlüklərindən biri böyük hin vəya tövləyə ehtiyac olmamasıdır. Ördək balaları üçün hin, önü 1,8 m, arxası 1 m olsa kifayətdir. Bu həm materiala qənaətə imkan verir, həm qışda qızdırmaq asan olur.

Ördəklərin böyüməsi 5 mərhələyə bölünür və hər biri 2 ay çəkir. Bu mərhələlərdən çoxu qışa təsadüf edir. Amma bizim iqlimimiz çox soyu olmadığı üçün ördək saxlayanlar rusiyadakı kimi əziyyət çəkmirlər. Bala ördəklər istiyə ehtiyacı çox olur. Xüsusən ilk həftədə. Əgər ördək sayınız azdırsa balaları ayrı bruderdə vəya karopkada evdə isti yerdə də saxlamaq olar. Dediyim kimi, əsas çətin mərhələ ördək balalarını ilk3-5 gündə istidə qoruyub saxlamaqdır.

Əgər ördək sayı çoxdursa, onda bala sayı da çox olacaq. Ona görə ördək balaları üçün ayrı yer fikirləşmək lazımdır. Bir çox təsərrüfatlarda ördək balalarını yumurtadan çıxan kimi ayırırlar. Onları saxlamaq üçün isti və havalandırılan yerə ehtiyac vardır. Havalandırmanı qapını açaraq etmək məsləhət deyil, quşların heçbir cinsi yeli sevmir. Ördəyi xəstə edən yeldir, nəmdir birdə üfunətli havadır. Qışı çox sərt və uzun keçən yerlərdə havalandırmanı elə qurun ki, içəri elə birdəfəlik isti hava vurulsun. Yaz vaxtı ördəklər çox vaxt çöldə olurlar. Amma qışda onların ayaqlarının altına bir şey qoymalısınız. Bu xüsusi ayaqaltılar ola bilər, saman, ot, ağac xəzəli ola bilər. Əsas odur ki, onu tez tez təmizləmək vəya dəyişmək mümkün olsun. Burda taxta “opilkası” istifadə edərkən diqqətli olun, rəngli taxtaların qalığını quşlar yeyə bilər.

  • Tikilinin sahəsini diqqətlə hesablayın. 3-5 ördəyə 1 kv.m lazımdır. Deməli 20 kv.m hində 50-80 ördək yetişdirmək olar. Amma 4 kv.m-də 100 cavan ördək saxlayan da görmüşəm. 
  • Gəzinti yeri üçün 2 ördəyə 1 kv.m bəs edir. Məsələn, 100 ördək üçün yarım sot həyət gəzinti üçün kifayətdir.
  • Su hovuzunu gəzinti yerindən ayrı edin yoxsa oranı palçıq edəcəklər. 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

0 thoughts on “Ördək balaları üçün hin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!