Ördək cinsləri
Aqrobizneslə effektiv məşğul olmaq, dolayısı ilə gəliri maksimal etmək üçün əsas faktor heyvan cinsini düzgün seçməkdir. Bu məqalədə bizim bölgəmizdə populyar olan ördək cinsləri haqqında danışılacaq. Ördək cinsləri ümumiyyətlə 2 yerə bölünür.
- Ətlik ördək cinsləri: Başqırd cinsi, pekin, lal ördək, favorit, mulard
- Ətlik-yumurtalıq cinslər: Kayuqa, sakson, xaki-kempel
Yumurtalıq ördək cinsləri çox populyar deyil, çünki ördək yumurtası toyuq yumurtası kimi geniş yayılmayıb, və yumurtalamaqda toyuğa çatmır.
Ətlik ördək cinsləri
Başqırd cinsi:
- Bugün üçün ən populyar ördək cinsidir. Tez böyüyür, xəstəliklərə dözümlüdür, yemə təvazökardır, əti zərif və az yağlıdır. Ətlik cins sayılsa da yumurta da az vermir. Su mənbəyi ilə təmin edildikdə həm xəstəliyə dözümlü olur, həm çox nəticə verir. Qışdan, qardan qorxmurlar.
- Böyük ördək 4 kq-a kimi, 7 həftədə 3,3 kq olur. Bu cins kəsimdə 70% çıxış verir. Düşünürəm, ördək cinsləri arasında bu qədər çəki verən 2-cisi mövcud deyil.
- 40 həftə ərzində 200-230 yumurta (orta çəkisi 85 qram) verir. Özləri yaxşı kürt yatır, inkubatorda isə yumurtalar 80% nəticə verir, bu da çox yüksək göstəricidir.
Pekin ördək cinsi:
- Bu ördək cinsi 300 ildir Çində yetişdirilir, adını da ordan götürüb. Bəlkə də ən yaxşı ördək cinsidir. Çəkisi 3-4 kq-a kimi olur. Balaları 45 günə 2-3 kq çəki yığır. Bu cinsin özəlliyi budur ki, 2 aya lazımi çəkyə çıxır, amma bundan sonra ördəyi saxlamaq sərf etmir, çox yeyir və çəkisi artmır. Ona görə çəkisin yığan pekin ördəyin kəsmək lazımdır.
- Pekin cinsi ildə 80-120 yumurta verir (85-90 qram)
- Bədən tempraturu digər cinslərə nisbətən yüksək (42,2 dərəcə) olduğu üçün maddələr mübadiləsi sürətli gedir və ördək demək olar ki, gözümüzün qabağında böyüyür. Bu xarakteristikasına görə məşhurdur elə.
- Əti zərif və yağlıdır. Kəsimdə 70-80% çıxış verir.
- Çox qarınquludurlar, həmişə acdırlar, hay-küyçüdürlər, aktivdirlər. Amma soyuğa və xəstəliklərə dözümlüdürlər.
Muskus ördək cinsi( lal ördək):
- Ən sevdiyim ördək cinsidir. Bu cinsin səs-küysüz olması çox üstünlük deməkdir. Əti çox fərqlidir, yağsızdır. Çəkisi 4-5 kq-a kimi olur. Deyirlər, 2 aya böyüyür 3-4 kq olur. Amma mən bunu görmədim. Bəlkə xüsusi yemləmə ilə bu nəticəni əldə etmək olar, normalda 4-5 aya böyüyür.
- İl ərzində 90-100 yumurta verdiyi yazılır amma bu da düz rəqəmə oxşamır. Ördəklər yumurtlamağa ən tezi martda başlayır və sezonda 40-60 yumurta verir. Ola bilər ki, kürt yatdığı müddətdə yumurta vermədiyi üçün praktikada say az alınır.
- Yaxşı kürt yatan cinsdir. Həm də yumurtaları demək olar ki, dadda toyuq yumurtasından seçilmir. Ölçüsü böyükdür. (75 qram)
- Əti zərifdir, çox dadlıdır, yağsızdır. Dietik ət sayılır.
- Dözümlüdür, su hovuzuna çox da ehtiyacı olmur. Səs-küysüzdür, yemləməyə təvazökardır. Digər cinslərə nisbətən az yeyirlər.
Mulard ördək cinsi: 
- Muskus (lal) ördəklə pekin ördəyinin hibrid calağıdır. Bunların əsas özəlliyi qısır olmalarıdır. Yəni bu ördəklərin yumurtası mayalı olmur, bala çıxmır. Bunu aldın böyütdün yedin vəssəlam. Məhz bu ördəklərin ciyərindən fransızlar məşhur Fua-Qra (bir növ paştet) hazırlayırlar.
- Bu cinsin çəkisi (həm erkək həm dişi) 7 kq-a kimi olur, 3 ayında 4 kq olur ki, elə bu dövrdə də kəsirlər. Otlamaqla yaxşı çəki yığırlar.
- Ataları lal ördəklə müqayisə üçün deyək ki, tez böyüyürlər, yaxşı kürt yatırlar. Az yeyirlər. Yəni hər iki valideynin yaxşı tərəfləri bunlarda var.
- Ətləri çox yaxşıdır.
Favorit ördək cinsi:
- Mavi favorit cinsini əldə etmək üçün bir neçə ördək cinsini çarpazlaşdırıblar. Nəticədə dözümlü, tezböyüyən və çox rəngarəng cins əldə edilmişdir. Kürt yatan deyillər. Ətlik cins sayılsa da yumurta ilə də normal təmin edir.
- Çəkisi 4-5,5 kq-a kimi çatır. Balası 2 aya 3 kq olur. Pekin cinsinə nisbətən daha az yağlı ətə malikdir.
- Bir sezona 100-150 yumurta verir, amma demək olar ki, kürd yatmırlar.
- Mavidən başqa qara, açıq mavi, tünd mavi hətta qırmızı rəngli favorit cinsləri də mövcuddur.
Ətlik-yumurtalıq ördək cinsləri
Kayuqa ördək cinsi:
- Nyu-Yorkdakı Kayuqa gölündən götürülüb adı. Çox yaraşıqlı quş cinsidir. Sakit təbiətlidir. Tünd rəngdə yumurtaları və qeyri-adi rənglərə məxsus lələkləri olur.
- Çəkisi 2,8-3,8 kq-a kimi olur.
- 100-150 yumurta verir (70-80 qram) İlk başda qara yumurta verirlər, getdikcə rəng açılır. Yaxşı kürt yatırlar.
- Sözəbaxandırlar, çəmənlik xoşlayırlar. Bağda zərərli həşəratları yeyirlər. Soyuğa dözümlüdürlər.
Yumurtalıq ördək cinsi: Hind qaçağanı 🙂 
- Bu ekzotik ördəkdir. Yeganə yumurtalıq ördək cinsi sayılır (veriminə görə). Çox aktiv, səs-küylü, geniş ərazi tələb edən, susuzluğa və soyuğa dözümsüz cinsdirlər. Həm bəzək həm də yumurtaları üçün saxlayırlar.
- Çəkisi azdır, 2 kq-a kimi. Amma ətləri delikates sayılır.
- İl boyu yumurtlayır. 200 yumurta verir. (350 də verə bilər) Yaxşı valideynlərdir. Yumurtaları dadına görə toyuq yumurtasına bənzəyir.
- Su mənbəyinə çıxışları olmayanda verimliyi kəskin düşür. Yaxşı olar ki, gəzinti yerləri və su mənbəyinə çıxışları olsun. Bağa buraxsaz təsadüfən, bağı məhv edərlər. Qışda isə yerləri isti olmasa çətin ki, yumurta versinlər.
Gördüyünüz kimi, ördək cinsləri çoxdur, maraqlıdır, burda heç çoxunu yaza bilmədik. Ördək biznesinə girişmək istəyən mütləq cins seçiminə diqqət etsin. Seçim edərkən kriteriyalarınıza uyğun olanı seçin. Ərazi, tövlə, qonşuluqdakı insanlar, ətlik, yumurtalıq, iqlim nəzərə alın. Amma ördək biznesi çox riski olmayan sahədir. Çox da fikir çəkməyin, bir yerdən başlayın, sonrasını quşlar özü sizə deyəcək. 😉
Fikrimce en yaxsisi lal ordekdir. Hem ses-kuyu az olur, hem de diger ordeklere nisbeten mence temizdir. Erkeyleri yaxsi yemlik olur.
Mən də lal ördək saxlayıram. 2 şeyinə görə çox üstündür:
Lal-dır. Bu çox önəmlidir qonşuya əziyyət vermirsən
Əti çox fərqlidir, normal ördək kimi yağlı deyil. spesifik iyi yoxdur.
Ayrıca yaxşı kürt yatırlar, bala verimi yüksəkdir. Yumurta verimi yaxşıdır.
Amma biznes üçün pekin seçilir. Məncə əsas səbəbi 2 ayda böyüməsidir.
Lal 4-6 aya böyüyür. Çəkidə fərq çox deyil
Amma başqırd çəkiyə görə əladır
mence ordek biznesi basqa quslara (qaza, hinduskaya, toyuqa) nisbeten daha cetindir. ona gore de lal ordek en yaxsisidir yerli serait ucun)
tam tərsinə, ördək ən dözümlü heyvan olduğu üçün ən asan biznesdir. Çətinliyi də var təbii məsələn çox yeyir, hovuz tələb edir, çox da batırır ))
satışı da toyuq kimi asan deyil. gərək müştəri yığasan yavaş yavaş
En yaxshisi kuban sortudu tez boyuyur 4 kq cekisi olur qonshulari bezdirsede bosh verin qonshular onsuzda bizi bezdirir
qonşular eşitməsin bunu ))
4 kq çəki yaxşıdır. Pekin 2 aya böyüyür və o da 3-4 kq olur