Quşlar

Ördək ferması gəlirlidirmi?

Ördək ferması agroexpert.az

Bu məqalədə ördək biznesinin qazanc və xərclərini hesablayıb, ördək ferması gəlirlidirmi sualına cavab axtaracayıq.

Ördək biznesinin gəlir və xərcləri, bu işə necə başlayacağınızdan asılıdır. Məsələn, əgər sizin hazır tövləniz və həyətyanı sahəniz varsa bu işə demək olar ki, cüzi maya ilə başlaya bilərsiniz. 50-100 ördək balası alıb (biri 2-3 Azn) tövləyə (hinə) yerləşdirirsiniz, yem tədarükü edirsiniz, balaca hovuz düzəldirsiniz və ən əsası bu saytımızı təqib edirsiniz 😉 vəssəlam, siz artıq fermersiniz. Bu saydıqlarıma 300-500 Azn xərciniz çıxacaq, ilk sezonda isə bu pulu artıqlaması ilə geri götürəcəksiniz.

100 ördək x 25 bala x 3 Azn  = 7500 Azn edir.

İnanılmazdır deyilmi? Bəli bu ördək və qaz ən çox ət verən heyvan cinsi sayılır. Yuxarıdakı hesablama optimal variantdır, təcrübə qazanmaq və mayanı bərkitmək üçün yaxşıdır. Amma indi bu işə 0-dan və normal ölçülərdə başlamaq istəyənlər üçün rəqəmləri qeyd edək.

Normal quşçuluq təsərrüfatı sayılmaq üçün ən azı 1000 quşla başlamaq məsləhətdir, yada 500. 1000 ördək üçün aşağıdakı xərclər lazım olacaq:

  • Tövlə-1 m²-də 3 ördək=250-300 m²   (2-3 sot)
  • Gəzinti yeri-1 m²-ə 2 ördək=500 m² (5 sot)
  • Hovuz-normal 3×3, 2×5 ölçülərdə, çox dərin olmasa da bəs edər.
  • Yem və suqabları
  • İnkubator, vacib deyil, bunu kənarda elətdirsəniz daha yaxşı olar.
  • 1000 ördək

Bunları hərkəs iş quracağı yerə, materiala görə hesablaya bilər. Mənim burda rəqəm yazmağım düz olmaz. Amma elan saytlarında hazır fermaların qiymətləri 50 000-1 000 000 Azn arası dəyişir. 1000 ördəyi də 10-15 Azn-dən əldə etsəniz, 10-15 000 Azn edir. Ördək biznesinə girişən insanlar yem tədarükü məsələsinə diqqət etməlidirlər. Yemləmə üçün bu qaydanı yadda saxlayın: Ördək 1 kq çəki yığmaq üçün 3-3,5 kq yem yeməlidir.  Deməli, məsələn pekin ördəyi saxlasanız, 2-3 aya böyüyür, 10-12 kq yem yeyəcək, 1000 baş üçün 10 ton yem lazım olacaq. O da bugünkü bazar qiyməti ilə 3-4 000 Azn edir. Amma heyvanı il boyu saxlayacaqsanız, 25-30 kq yem yeyəcək ki bu da 1000 ördək üçün 25-30 ton yem=8-9 000 Azn deməkdir. (Ona görə bəzi ördək cinslərini böyümə həddinə çatan kimi kəsib satmaq lazımdır)

Ördəyə baxmaq üçün xüsusi qızdırıcı, müalicə və baytara ehtiyac olmadığı üçün bunlara xərciniz demək olar ki, çıxmayacaq. İndi isə gəlirləri hesablayaq.

Ördək balası 2-3 Azn, normal ördək 14-20 Azn, ətinin 1 kq-ı 7-8 Azn, tükü 15 Azn-dir. Nəzərə alın ki, normal ördək cinsi seçsəniz çəkisi 2-4 kq arası dəyişir.

1000 ördək sezonda sizə 20-30 min bala verəcək. Bala ördəkləri 2-3 Azn-dən realizasiya etsəniz 50-80 min Azn qazanc deməkdir. Burdan da görünür ki, ilk sezonda qoyulan sərmayə geri qayıdır.

1000 ördək 20-30 min bala verəcək, bunu böyüdüb ətlik üçün satsanız, 1000x25x14Azn=350 000 Azn edir 🙂 Təbii bu halda xərclər daha çox olacaq, yem, işçilik, kəsim, daşıma və sair. Amma yenə də qazanc 70%-dən az olmayacaq.

Qısacası: ölçülərindən asılı olaraq, ördək ferması qazanclı sahədir. Çoxları iddia edir ki, ördək ferması ən uzağı 1 ilə qoyulan sərmayəni geri qaytarır.  Ölçülər isə sizin ambisiyanız, ərazi ölçüləriniz, satış imkanları, seçdiyiniz ördək cinsi və səbrinizlə məhdudlaşır yalnız.

Müəllif: turalnagi@gmail.com

1 COMMENTS

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: