Ördək tükünün özəllikləri

Soyuq havalardan qorunmaq üçün ən yüngül və həcmsiz geyimlər qaz və ördək tükündən hazırlanır.

ördək tükü qaz tükündən fərqli olaraq İndoneziya, Çin, Türkiyə kimi tekstildə inkişaf etmiş ölkələrdə istehsal olunan və satılan məhsullar arasında ördək və qaz tükündən hazırlanan geyimlər xüsusi yer tutur. Həmçinin, balışlar (və ya balınclar) və yorğanlar da hazırlanır. Bu cür məhsullar ayrıca ördək tükü və ya qaz tükündən hazırlandığı kimi, onların qarışığından və digər quş tüklərinin qarışığından da hazırlana bilir.

Qaz tükü yüngüldür və isti saxlayır. Bu xüsusiyyətlərə görə ördək tükü ondan geri qalmır. Eyni keyfiyyətə sahib olsalar da, ördək tükü daha ucuzdur. Qaz tükündə ördək tükündən fərqli olaraq lələklər aralarında hava-məsafə boşluğu çox olduğundan daha yumşaq və həcmli olur. Bu kimi səbəblərə görə ördək tükündən bahalıdır.

Bu dediklərimizə görə ördək tükünü bir kənara qoymaq lazım deyil.

Ondan hazırlanan balış və üst geyimlərinin qiyməti heç də ucuz deyil. Məsələn, ördək tükündən hazırlanmış gödəkçələrin (kurtkaların) qiyməti istehsal olunan ölkədən asılı olaraq 30-55 $ (51-93Azn) satılır.

agroexpertaz_ördek tükünün özellikleriDərinliyi və genişliyi 58 sm olan, 95% ördək tükündən hazırlanmış bir ədəd balışın qiyməti isə Türkiyədə 90-100 TL ( 40-45manat) arasında dəyişir. Ördək tükündən hazırlanan aksesuarların qiyməti isə ördəyin növündən, lələyin özəlliklərindən, sayından və aksesuarın növündən, ölçüsündən asılı olaraq 1-50$

agroexpertaz_ördek tükündən aksesuararasında dəyişir.

Diqqət: Ördək və qaz tükündən hazırlanan yüngül və isti tutan bu geyimlər soyuq və quru havada istifadəyə uyğundur. Yağışlı havada isə istifadə etməməyə çalışın. Çünki quruması uzun çəkir. Amma bu cür geyimlərə yaxşı baxılarsa ömrü uzun olar.

Və təbii ki, sintetik məhsullardan baha qiymətə satılır.

 


Ördəklər haqqında maraqlı məlumatlar öyrənmək üçün…OXU

 

One thought on “Ördək tükünün özəllikləri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!