Ördək yağı nə qədər faydalıymış?!

Heyvanların yağı çox faydalıdır. Bir çoxunun yağından uzun müddətdir ki, ənənəvi tibbdə və kosmetikada geniş istifadə olunur. Xüsusilə faydalı olan yağlar sırasına ev heyvanlarının yağı daxildir. Sağlamlığa faydalı olan yağlardan biri də ördək yağıdır.

Ördək yağı çox spesifikdir. Düzgün istifadə edildikdə böyük fayda verə bilər. Bu yağda sağlamlığa yararlı olan çoxlu miqdarda mikro qida elementləri və turşular var.

Ördək yağı nə qədər faydalıdır? 

Tərkibindəki komponentlərin qısa siyahısı:

ördək yağı nə qədər faydalıymış

  • Kolin
  • Selenium
  • Omega3 və Omega6
  • E vitamini
  • B4 vitamini
  • Oleik turşusu
  • Beta

Tərkibindəki maddələr toplusunu gördükdə ördək yağının faydalı olub olmaması ilə bağlı sual tamamilə unudulur. Çünki bu vitaminlər bədənə müsbət təsir edir:

  1. Yağdakı vitaminlər və turşular hüceyrə membranlarının formalaşmasında bir başa rol oynayırlar.
  2. Ördək yağı metabolizmanı normallaşdırmağa kömək edir.
  3. Uyğun miqdarda istifadə olunan ördək yağı ürək-damar sistemi üçün faydalıdır.
  4. Xolesterol səviyyəsini azaldır. Yüksək xolesterol səbəbi ilə baş verə biləcək digər problemlərin qarşısını almağa maneə olur.

Fransanın Lion şəhərindəki Sağlamlıq və Tibbi Tədqiqatlar Milli İnstitutunun alimi Dr. Serge Redaudun təqdim etdiyi bir məqaləyə görə ördək yağı insanların ürək-damar sistemini yaxşılaşdırma qabiliyyətinə malikdir. Bu iddia haqqında davam edən müzakirələr çox olsa da, Dr. Renaudla razılaşan kimyaçılar vardır. Ümumilikdə isə bir çoxları tərəfindən təsdiqlənib ki, ördək əti və yağı ürək sağlamlığı üçün əhəmiyyətli dərəcədə faydalıdır.

Sağlam qidalanmağı ləzzətli hala gətirmək…

Araşdırmalar göstərir ki, ördək yağı sağlamdır və deyilənə görə ördək yağının tərkibi qarğıdalı yağından çox zeytun yağına oxşardır. Ona görə də zeytun yağı qədər faydalıdır.

agroexpertaz_ördek yagi Sıxıcı, adi bir yeməyi ləzzətli, hətta möhtəşəm bir dada sahib etmək üçün yemək bişirərkən ördək yağından istifadə edə bilərsiniz.

Ördək yağından kosmetalogiyada geniş istifadə olunur. Bu maddə ilə hazırlanan krem quru dəridən, dodaqdakı çatlardan qurtulmaq üçün əsil xilaskardır.

Xatırlatma: Hər bir maddənin, qida resursunun normadan artıq istifadəsi əks təsirə səbəb ola bilər. Buna görə də hər birini qədərində və düzgün istifadə etməyə çalışaq.

Mənbə


Sobada bişən ördək reseptini öyrənmək üçün... Oxu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!