Ördək yumurtasının faydası və ziyanı

Ördək yumurtası ürək tutması kimi ciddi xəstəliklərin yarada biləcəyi ani ölüm ehtimallarını ən aşağı səviyyəyə endirir.

Ördək yumurtasının faydaları.

  • İnsan bədəninin ehtiyac duyğu amin turşularıyla zəngindir. Kalium, maqnezium və sodyum kimi mineralları ehtiva edən (tərkibdə olmaq)  ördək yumurtası mineral çatışmazlığından əziyyət çəkənlər üçün çox əhəmiyyətli qida məhsuludur.
  • Ürək-damar xəstəliklərinə qarşı yaxşı təsir ediciliyə sahibdir.  Bu səbəbdən ördək yumurtası iflic və onun kimi bir çox xəstəliklərə tutulma riskini azaldır.
  • Ördək yumurtasında aşkar edilən B12 vitamini sinirləri gücləndirir və qırmızı qan hüceyrələrini dəstəkləyir. 1 ədəd ördək yumurtası 3,8 mgq B12 vitamininə sahibdir ki, bu da tövsiyə olunan B12 tələbindən yüksəkdir . Bununla yanaşı, az miqdarda vitamin kompleksi, D E vitaminləri var.
  • A vitamini ilə zəngindir. Göz sağlamlığımızı qorumaq üçün ördək yumurtasından faydalana bilərik. Göz quruluğunun yaranmasının qarşısını ala biləcək təsirə sahibdir. Ördək yumurtası haqqında
  • Bu yumurta fərqli qidalarla birlikdə istifadə olunduqda daha çox fayda verə bilir.
  • Yüksək proteinə sahib olduğundan uşaqların inkişafı üçün də olduqca faydalıdır.
  • Tərkibindəki omeqa5omeqa6 yağ turşuları  vücudunuzun konsentrasiya gücünü artıracaq və beynimizin aktiv və funksional bir şəkildə fəaliyyət göstərməsinə kömək edəcəkdir.
  • Ördək yumurtası şəkər xəstələri üçün də faydalıdır. Qan şəkərini tənzimləmək üçün ondan istifadə edə bilərsiniz. Diabet riskini minimuma endirir.
  • Bəzi araşdırmaların nəticəsi olaraq bildirilir ki, ağız içi yaralar, tənəffüs yolu infeksiyaları, astma və s. xəstəliklərə qarşı çox faydalıdır.
  • Ördək yumurtası stress, depressiya və digər hallara qarşı yüksək təsir göstərir. Beynin müəyyən bölgələrində müxtəlif turşuların azaldılması nəticəsində bəzi sinir xəstəlikləri yaşanır. Ördək yumurtasında bol miqdarda olan Omeqa3 yağ turşuları bu turşuları tarazlaşdırır. Həmçinin müalicə edici xüsusiyyətə sahibdir.
  • Zeytun yağı ilə qarışdırılaraq, ya da az bişirərək içilən ördək yumurtası səsi açır.
  • Yumurtanın ağını üzə masqa olaraq istifadə etdikdə qara nöqtələri və çilləri təmizləyir.

Ördək yumurtasının ziyanlı tərəfləri.

Bataqlıqda yaşayan ördəklərdə salmonella adı ilə tanınan bir qrup mikrob mövcud olur.  Bu mikrob həzm sisteminə, xüsusi ilə də mədə  və bağırsaqlara ziyan verir. Dizenteriya, qarın yatalağı kimi yoluxucu xəstəliklərin yaranmasına səbəb olur. Təmiz və düzgün şəraitdə saxlanılmayan ördəklərin yumurtasının istifadəsi zərərlidir. Hətta bu səbəbdən bir çox ölkədə satılması və  istifadəsi qadağan elan olunub. Xolestrol miqdarının yüksək olması onun zərərləri sirasındadır. 1 ədəd ördək yumurtasında 610-mq xolestrol var. Bu isə günlük qəbul olunması təklif olunan xolestrol miqdarından iki qat, ürək xəstəliyi və xolesterolu yüksək olanlara məsləhət görünən miqdardan 3 qat çoxdur. Yüksək xolesterollu qidalar qandakı xolesterol səviyyəsinə pis təsir edir. Əgər xolesterol probleminiz yoxdursa gündə bir ədəd ördək yumurtası yeyə bilərsiz.

Hər gün istifadə edəcək olsanız, xolesterolu aşağı salan meyvə və tərəvəzlərdən də istifadə edərək balansı qorumağa çalışın. Ördək yumurtasının kalori dəyəri toyuq yumurtasından yüksəkdir. Bir böyük ördək yumurtasında 130 kalori, 1 böyük toyuq yumurtası isə 62 kaloridir. Kalorisi yüksək olan qidalar sürətli kökəlməyə və obez xəstəliyinin yaranmasına səbəb olur.


Diqqət. Ördək yumurtası yuyulmadan saxlanılmalıdır. Yuyulan zaman qabıq üzərindəki təbii qoruma təbəqəsi gedər, bu səbəbdəndə yumurtaya mikroarqanizimlər rahatlıqla daxil ola bilər. Yumurtanın təzə istifadə olunması məsləhətdir. Çünki köhnə yumurta sahib olduğu mineral və vitaminləri itirir.

 

Ördək yağı nə qədər faydalıymış?!..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!