Quşlar

Ördəklər yumurtlamır-3 səbəb

ördəklər yumurtlamır

Fermanızdakı ördəklər yumurtlamır və yetkinlik dövründədirlərsə (5-6 aylıq) bunun bir-neçə əsas səbəbi var.

  • Yuva
  • Yem
  • Tükdəyişmə
  • Digər səbəblər.

Qısaca desək, ördək yumurtlamır və ya az yumurta verirsə ya yumurtlamaq üçün şərait pisdir, ya düzgün yemlənmir, yada yumurtalama həddinə (adətən 6 ay) gəlib çatmayıbdır. Burda iqlim faktoru da var, məsələn soyuq olanda ördəklər yumurtlamağa meylli olmur. Mayalı yumurta əldə etmək üçün isə erkək ördəklərin nisbətini düzgün saxlamaq lazımdır. (3-4 dişiyə 1 erkək nisbətində).

Yuva

agroexpert
  • Ördəklər vəhşi instinktlərini qoruyub saxladıqları üçün yumurtalamaq üçün gizli yerləri xoşlayırlar. Onların yataqlarını bir-birlərini görməyəcək şəkildə düzün. Hinin təmizliyinə diqqət edin. Yumurtlamaq üçün xüsusi yuvalar düzəltsəniz yaxşı olar. Yuvaya çox müdaxilə etməyin, dəyişikliklərlə çox aludə olmayın. Ördəklər yuvanı sazlamağı hamıdan yaxşı bilirlər.

Yemlənmə

  • Ördəklər yumurtlamır çünki düzgün qidalanmır. Ördək yemini əsasən bitki yemləri və vitaminlər təşkil etməlidir. Buğda, qarğıdalı, arpa, xüsusi kombikormlar, ot və sair yemə qatılmalıdır. Ümumiyyətlə bütün heyvanların ən böyük düşməni vitaminsizlikdir. Yemləmə zəif olduqda bioloji aktiv maddələrin miqdarı azalır, ördəyin yumurta verimi və ətinin keyfiyyəti aşağı düşür.  Ona görə ördək və qazlar otlamalıdır. Otun tərkibində çox vitaminlər mövcuddur.
  • Ayrıca mən rus saytlarında ördəyə buğda və arpanın cücərdilərək verilməsini də oxumuşam. Buğda cücərdildikdə içərisindəki nişasta vitaminə çevrilirmiş
  • Ördəklərə duz da vermək lazımdır, bu onlarda natriumun əsas qaynağıdır. Ördəyin iştahını qabardır.  Ördəyə gündəlik bədən çəkisinin 0,5%-0,7%-i qədər duz lazımdır. Bundan əlavə ördək hər gün ən azı yarım litr su içməlidir.
  • Yemləmə haqqında onu da vurğulayım ki, çox yedizdirmək də bəzən ördəklərin çox yağlanmasına səbəb olur ki, bu da yumurtalamağa mane olur.

Tükdəyişmə-“linka”

  • Bir çox ördək cinsi (lal ördəklər) hər yumurtaqoymadan sonra tüklərini yeniləyir. Yeni lələklərin əmələ gəlməsi təbii ki, yumurtalama prosesinə mane olacaq. Çünki bu prosesin özünə enerji və vitamin lazımdır. Bu tükdəyişmə uzun çəkməməlidir, bəzən 60 günə kimi davam edir. İqlim soyuqdursa bu tükdəyişmə uzanır və yumurtaqoyma prosesi gecikir. Ördəklər adətən mart ayından yumurtalamağa başlayırlar. Bu proses sentyabr ayına kimi çəkə bilir.

Digər səbəblər

  • Ördəklər yumurtaqoyma dönəmində nazlı olurlar. Yumurtalara, yuvaya toxunanda xoşlarına gəlmir.  Yuvanı təmiz tutun. Nəm və yeldən qoruyun. Fermerlər bəzən, ördək yumurtlayan yerə yuvasını qururlar. Hinin havasını təmiz tutun. Dar olmasın. Yaddan çıxarmayın ki, 1 m²-də 3 baş ördək hesablanmalıdır.  Ördək ferması haqqında bu məqalədən oxuya bilərsiniz.

Bunu da qeyd edim ki, bu deyilənlərin çoxu ördəklərin kürt yatması üçün də əsas şərtlərdəndir.

0 COMMENTS

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: