Ördəkburun -yeganə yumurtlayan məməli

Ördəkburun yexidna

Həm suda, həm də quruda yaşayan ördəkburunların ana vətəni Tasmaniya və Qərbi Avstraliyanın şirin sulu bölgələridir. İlk dəfə 1799-cu ildə araşdırılanda, elm adamları bu canlının bir neçə heyvan növünün genetik xüsusiyyətlərinin birləşdirilməsindən yaranmış saxta heyvan olduğunu zənn etmişlər. Avstraliyanın meşə və  yüksək ərazilərində də bu canlılara rast gəlinir. Su keçirməz sıx kürklərinə görə soyuğa dözümlüdür. Kürkləri qəhvəyi rəngdə olur və uzun quyruqlarında topladıqları yağ onlara əlavə olaraq güc verir. Suda daha yaxşı üzmələri üçün ön ayaqlarında əlavədən daha bir qat dəri var.

Ördək dimdiyinə bənzər dimdiyi məxmər parçanı xatırladır və elastikdir. Dimdiyində çoxlu sayda hissetmə reseptorları yerləşir ki, onların sayəsində bulanıq su altında hərəkət edir və ovlanır. Dişləri olmadığına görə, ördəkburun yexidna şikarını daşla əzib, yeyiləcək hissələrə ayırır. Gecə canlısı olduqlarına görə, gecə ov etmək üçün daha aktivdirlər, yəni gündüzləri yatarlar. Ov etmədikləri zaman isə torpaq altında açdıqları dəliklərdə istirahət edərlər.

Ortalama olaraq, ördəkburunun boyu 50 sm, çəkisi isə 2,4 kq-dır. Bədən temperaturu 32 dərəcədir. Onları digər məməlilərdən fərqləndirən cəhəti yumurtlamasıdır, yəni diri bala doğmur. Ördəkburun yexidna qumluq yerdə qazdığı çuxurda 1-2 ədəd yumurtlayar. 10 gün sonra yumurtadan lobya dənəsi kiçikliyində bala çıxar. Ana ördəkburun 3-4 ay boyunca balasının qayğısına qalar. 

Ördəkburun və exidna

Ördəkburunların dişi və erkəkləri, hər ikisi ayaq biləklərində mahmızla doğulsalar da, yalnızca erkək cinsinin mahmızları zəhərlidir. Bu zəhərlər arxa ayaqların mahmızlarında yerləşir. İnsan üçün ölümcül olmasa da, ciddi ağrı və zədələrə səbəb olur.

Bu məqalədə isə ev heyvanları haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Əlavə qeyd

Məməlilər sinfinə mənsub ördəkburun enli və yastı dimdiyə malikdir. Dişləri olmasa da, dilində qidanın parçalanmasına xidmət edən iki buynuzvari çıxıntı var. Ördəkburun onun vasitəsi ilə qidanı dimdiyinin yuxarı hissəsinə sürtərək parçalayır. Ördəkburun yuvasını adətən yaşadığı su mənbələrinin sahilində qazır. Bədəni suda yaşamağa çox gözəl uyğunlaşsa da, quruda çətinliklə yeriyir. Səhərin erkən saatlarında və axşam qaranlığında yuvasından çıxır və ən çoxu bir saat kiçik su heyvanları – sürfələr, soxulcanlar, kiçik balıq və xərçənglərlə qidalanır.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!