Ördəklərin qışda saxlanması

Ümumiyyətlə ördək saxlamaq çox asan biznesdir. Xəstələnmir, yemə qarşı təvazökardır, verimlidir və soyuğa da dözümlüdür. Hər nə qədər soyuqdan qorxmasa da, qışda onları yemləmək və yaza sağlam çıxartmaq  önəmlidir. Çünki yazda yumurtlama dönəmi başlayır və qışı pis keçirən heyvanın verimi aşağı olur.

Agroexpert.az ordekler

Bizim qış sərt keçmədiyi üçün ördəkləri üstü qapalı istənilən yerdə saxlaya bilərsiniz. Yetər ki, bur məkan nəmiş və yelçəkən olmasın. Quşların heç biri nəmi və yeli sevmir, xüsusən palçıq və kirliliyi. Palçıqlı yerdə ördəklərin tükləri çirklənir və bədəni isti saxlamır.

Qışda ördək saxlamağın əsas nüansı ayaqaltlarına səpiləcək maddənin seçilməsidir. Ördəklər özlərini qalın ayaqaltında (podstilka) rahat hiss edirlər. Çünki burda mineral maddələr parçalanır, bu zaman istilik ayrılır.

Bəzən ördəkləri “setka” və ya “reyka” döşəmədə də saxlayırlar, amma bu altdan gələn soyuğun qabağın kəsmir. Ayaqaltlıq üçün saman, taxta qırıntıları (opilka), torf istifadə oluna bilər.

  • Torf nəmi yaxşı udur və pis iyin qarşısın alır.
  • Saman isə həm də yeyilir deyə yaxşıdır. 
  • “Opilka” yaxşı variant olsa da həm tozlu, qazlı olur, həm də rənglənmiş taxtadan alınıbsa təhlükəli ola bilər.

İl ərzində təqribən 16 kq saman və ya torf lazım olur.

Qış vaxtı  ördəklərin saxlanması üçün vacib məsələlərdən biri də işıqlandırmadır. Bütün quşlar kimi ördəklər də qaranlıqda yaxşı görmür, deməli yaxşı yemlənməyəcəklər. Qış vaxtı hini 12-14 saat işqılandırsanız yaxşı olar.

Ördəklər qışda da üzməkdən imtina etmirlər. Ona görə qışda da gölməçəni dolu saxlamaq lazımdır. Hində tempraturu 0°-dən aşağı olmamalıdır.

Qışı isti olan yerlərdə ördəkləri gəzinti yerlərində yemləmək olar. Soyuq iqlimli yerlərdə isə hində yemləməlisiniz. Daha sonra ördəkləri 2-3 saatlıq gəzintiyə buraxa bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика