Orucun faydaları və qaydaları

Peyğəmbərimiz sav buyurub: “Oruc tutun, sağlam olun”. Bu sözdə böyük həqiqət var. Orucun faydaları o qədərdir ki, hər halda kitab yazmaq mümkündür. Saytımızda sağlamlıqla bağlı məqalələr yazırıq. Təbii ki, orqanizmimiz üçün orucun faydaları haqqında da bəhs etmək lazımdır.

Orucun faydaları

  • Orucun həzm sisteminə təsiri: Ağız, tüpürcək vəzləri, dil udlaq, yemək borusu, mədə 12 barmaq bağırsaq, qaraciyər ,mədəaltı vəzi kimi mühüm orqanlardan təşkil olunmuş həzm sistemi bir kompüter kimi işləməkdədir. Avtomatik surətdə idarə edilən bu sistem gündə 24 saat işləməyin, çox halda əsəbiləşmənin və səhv qidalanmanın nəticəsində taqətdən düşür.  orucun faydaları
  • Oruc ilə həzm sistemi ildə bir ay dincəlir. Əsl möcüzəli təsir isə qaraciyərlə bağlı müşahidə edilir. Orucdan başqa digər pəhrizlər yuxarıda deyilənlər baxımından kifayət deyildir. Çünki 10 qramlıq bir maddənin belə, orqanizmə daxil olması kompüter kimi işləyən həzm sistemini hərəkətə gətirir. Bu mənada demək olar ki, oruc sayəsində qaraciyər dincəlir.
  • Orucun qaraciyərə başqa bir yardımı da qan kimyası vasitəsi ilədir. Qaraciyərin ən mühüm vəzifələrindən biri, qəbul edilən qida ilə ifraz edilən qida arasında müvazinət yaratmasıdır. Oruc tutulan zaman gündüzlər qida qəbul edilmədiyi üçün, qaraciyər qida toplamaq barədə xeyli rahatlanır. Bu istirahət vaxtında orqanizm üçün, həyati əhəmiyyəti olan, qlobinlər hazırlayır. Bununla da immun sisteminiz güclənir.
  • Mədəyə də orucun faydaları çoxdur. Başqa aclıq hallarında fərqli olaraq, orucluqda niyyət etdikdən sonra iftara kimi gün ərzində mədə şirəsinin ifrazı dayanır. Bununla da mədənin və turşu hüceyrələri bu ay ərzində dincəlmiş olur.
  • Oruc bağırsaqların da həm şirə, həm də hərəkət edən əzələlər baxımından dincəlməsinə səbəb olur. Bağırsaqların daxili divarları altında mühafizə sistemimizin bir parçası olan xovlar yerləşmişdir.
  • Oruc orqanizmdəki karbohidrat, zülal və xüsusilə yağ ehtiyatlarının səfərbər olmasını təmin edir. Oruc sayəsində zərərli maddələri süzməkdən xilas olan böyrəklər dincəlməyə və yenilənməyə imkan tapır.

Oruc tutmaqla həmin xovlarda sözün tam mənasında bir təftiş həyata keçirilir. Beləliklə həzm sistemi xəstəliklərinə qarşı daha da müqavimətli oluruq.

Oruc pozularkən həm qəza, həm də kəffarə tələb edən hallar

Ramazanda oruc tutarkən aşağıdakı hallardan birini heç bir məcburiyyət olmadan, bilərəkdən öz istəyi ilə edib orucunu pozanlar bu orucun həm qəzasını, həm də kəffarəsini tutmalıdır.

  1. Cinsi münasibətdə olmaq.
  2. Yemək, içmək və dərman qəbul etmək.
  3. Ağıza düşən yağış damcısını, qar və ya dolu dənəsini istəyərək udmaq.
  4. Tüstü və buxuru içinə çəkmək, həmçinin siqaret və qəlyan çəkmək.
  5. Piy, basdırma və ya çiy ət yemək.
  6. Oruclu kişinin həyat yoldaşı və ya sevdiyi bir insanın ağız suyunu udması.

Sadaladığımız hallar qidalanma, zövq və ləzzət vermə xüsusiyyətləri daşıyır. Ona görə də belə hallarda oruc pozulduqda qəza ilə yanaşı kəffarə də tələb olunur.

Orucu pozan hallar haqqında ətraflı oxu…

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669