Orxideya çiçəyinə necə qulluq edilməlidir?

Cazibənin, zərifliyin çiçəyidir Orxideya.

Sakit rəngləri, uzun ömrü və cəlbediciliyi ilə enerjisi və gözəlliyi bu günə qədər hamının diqqətini cəlb edir. Gözəl görünüşü qarşımıza çıxdığı hər yerdə bizi valeh edir.

Orxideyanın dibçəklərdə baxılan qısa boylu və geniş yarpaqlı Faslaenopsis növü geniş yayılıb. Orxideya çiçəyinin ən çox seçilən rəngi ağdır. Ancaq yasəmən və çəhrayı orxideyada asanlıqla tapılır.

Hotellərdə və restoranlarda masa çiçəkləri kimi istifadə olunan kiçik orxideya qulluq edilməsinə görə böyük orxideya ilə eynidir. Çəhrayı və tünd qırmızı rəngli kiçik orxideya ən çox axtarılan rənglərdi
Bir çoxumuzun evini və ofisini bəzəyən bu çiçəyi sevirik.

orxideya çiçəyi haqqında agroexpert.az
Orxideya çiçəyinin yetişdirilməsi və qayğısı haqqında nə bilirik?

Orxideyaya qulluq

Orxideya çiçəyi alacağınız zaman ilk olaraq bu füsunkar çiçəyin qönçəli, yaşıl və dik yarpaqlı olmasına diqqət etmək lazımdır. Bilin ki, çiçəyin ömrü qönçələrin sayından birbaşa asılıdır.

Aldığınız orxideyanın uzun müddət yaşaması üçün onu işıqlı, lakin birbaşa günəş işığına düşməyən yerdə yerləşdirmək mütləqdir. Kondisionerin yanında olmaq orxideya bitkisi üçün son dərəcə zərərlidir.

Niyə şəffaf qabdan istifadə edilməlidir?

Şəffaf rəngli orxideya qabı mümkün qədər dəyişdirilməməlidir. Torpağı xüsusi tərkibli olduğu üçün onu bazardan almaq çox çətin bir işdir. Çiçək qabının şəffaf olmasının səbəbi isə çiçəyin yuxarı hissəsində olduğu kimi köklərinin də günəş işığına ehtiyacının olmasıdır.

Orxideya necə sulanmalıdır?

Orxideya çiçəyinin sulanması digər diqqət edilməsi vacib məsələlərdəndir. Suvarma həftədə iki dəfə olmalıdır. Təmizlik, otaq tempraturu və bir fincan su orxideya üçün idealdır. Orxideya yarpaqlarına həftədə bir və ya iki dəfə su püskürtmək də çiçəyin nəm ehtiyacını ödəməsinə kömək edir.

Orxideyanın ömrü normal şərtlərdə üç-dörd aydır. Açılan çiçəklər solduqdan sonra həmin gövdə yuxarıdan budanarak təkrar çiçək açması üçün şərait yarana bilər. Lakin budanandan sonra açıq qalan hissələrin alüminium folqa ilə bağlanması lazımdır.

Müəyyən müddətdən sonra orxideyanın dibçək qabından tökülən kökləri görünüşü korladığı üçün kəsilməməlidir. Əks təqdirdə orxideya çiçəyi çox zərər görər.

Dibçək orxideyası necə çoxaldılır?

Bu bir qədər çətin prosesdir. Faslaenopsis orxideyasını çoxaltmaq üçün istifadə edə biləcəyiniz bir neçə fərqli üsul var. Lakin ən çox tövsiyə olunan “Keiki” üsuludur. Keiki nədir?

Orxideyanın dölləndiyini söyləmək mümkündür. Orxideya kök uclarında meydana gələn körpə zoğlar keikidir. Onlar ümumiyyətlə yazda yaranır. Köklər kifayət qədər uzun olduqda həmin zoğları ayırmaq lazımdır. Unutmayaq ki, keikidə ən az 2 yarpaq və kök olur. Əks təqdirdə yetkin olmayan orxideyadan yeni kök çıxması mümkün deyil.
Şəffaf qablarda əkdiyiniz şlamları sərin və küləkli bir yerdə saxlayın. Xüsusilə axşam küləyi çox vacibdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!