Öskürəyin düşməni şorba (RESEPT)

Havaların soyuduğu bu günlərdə qrip və soyudəymə hər kəsinarahat edir. Sağlamlıq üçün faydaları ilə də yeməklərimizin baş tacı olanşorbalar xəstəliklərə qarşı güclü müdafiədir. Bu gün Agroexpert.az oxucularına öskürəyin düşməni olan şorbanın reseptini təqdim edir.

şorba
Tərkibi:
  • 1 stəkan qırmızı mərcimək
  • 1 ədəd kartof
  • 1 ədəd yerkökü
  • 1 ədəd soğan
  • təzə zəncəfil
  • 2 xörək qaşığı zeytun yağı
  • duz,istiot
Hazırlanma qaydası:

İlk öncə mərciməyi yuyun. Kartofu, yerkökünü və soğanı təmizləyib kub-kub doğrayın. Bir qazana 2 litr su töküb mərcimək, kartof, yerkökü və soğanı yumşalanadək yaxşıca bişirin. Bişən tərəvəzləri blenderdən keçirin, lazım gələrsə isti su ilə konsistensiyasını açın. 1 baş barmaq  böyüklüyündə təzə zəncəfili soyub rəndələyin. Rəndələnmiş zəncəfili, 2 xörək qaşığı zeytun yağını şorbaya əlavə edin və bir buğum qaynadın. Duz və istiot əlavə edib isti-isti süfrəyə verin.

Qeyd: Zəncəfil , xüsusilə Asiyada minlərlə ildir qrip və soyuqdəymə üçün istifadə edilir. İmmuniteti gücləndirməsiylə yanaşı öskürəyə də yaxşı təsir edən bir qidadır. Daha rahat nəfəs almağa və bəlğəm atmağa köməkçi olan zəncəfil, mədə və ürək bulanmasına da faydalıdır. Ancaq hər bir faydalı qidada olduğu kimi, zəncəfilin də həddindən artıq istifadəsi fayda əvəzinə zərər verir və köp, mədə yanması kimi problemlərə səbəb ola bilər.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107