Öskürəyin müalicəsində balla qara turpun şirəsi

agroexpert.az balla qara turp müalicəsi

Bal və qara turp müxtəlif maddələrlə zəngindir. İnsan üçün lazımlı qidalardılar. Belə ki, turpun tərkibində fitonsid maddələri var ki, bu maddələr virus və bakteriyalarla mübarizə aparır. Həmçinin iltihabı azaldır. Digər faydalı maddə kükürd bəlğəmgətirici xüsusiyyətlərə malikdir. Allergiyanın simptomlarını azaldır. Turp həmçinin A və D vitaminlər, efir yağları, faydalı minerallarla zəngindir.

Turpun bir neçə növü var – ağ, yaşıl, qara, qəhvəyi turp. Lakin ən faydalı qara turp sayılır.

Qara turpun şirəsi bronxit, traxeit, pnevmoniya, hətta vərəm və göyöskürək zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur və çox yaxşı nəticələr verir.

Agroexpert.az saytı Sağlamolun.az saytına istinadən öskürəyin müalicəsində effektiv təsiri olan balla qara turp şirəsinin istifadə qaydalarını təqdim edir.

Təbii bəlğəmgətirici və iltihabəleyhinə dərmanın hazırlanması:

  1. Turpu yaxşı yuyun və yuxarı hissəsini kəsin. Bu hissəni atmayın.
  2. Nazık bıçaqla turpun içərisini oyun (çox oymayın).
  3. Oyuğa 1-2 xörək qaşığı bal qoyun və kəsilmiş yuxarı hissəsi ilə örtün.
  4. Turpu 12 saat ərzındə qaranlıq yerdə saxlayın.
  5. Turpu 2-ci dəfə də istifadə edə bilərsiniz.

Necə qəbul etmək lazımdır?

Alınmış şirəni yeməkdən əvvəl 1 xörək qaşığı olmaqla gündə 4-6 dəfə qəbul edin. Uşaqlara 1 çay qaşığı vermək olar.

Böyüklərə şirəni 2 həftə, uşaqlar 1 həftə ərzində qəbul edə bilərlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!