Öz dovşan fermanı qur

Dovşan biznesi maraqlıdır. Məşğul olmaq istəyənlər üçün belə bir məqalə hazırladıq. Qeyd edək ki, dovşan ferması qurmaq çətin məsələ deyil.  Bir ailəni keyfiyyətli və ekoloji təmiz dovşan əti ilə təmin etmək üçün kiçik təsərrüfat planı

  • 5×3 m-lik (15kv2 daş və yaxud başqa materialdan tikilmiş dam, tövlə) 24 ədəd bir mərtəbəli setka yuvalar.
    8 dişi və 2 erkək dovşan. 6 dişi işləyir, 2 dişi ehtiyat (remontnı), cütə gəlməyən və nə isə başqa problemi çıxan ananı əvəz etmək üçün.
    Bu təsərrüfat hər ay iki ana dovşanı cütə vurmaq şərti ilə 4 aydan sonra hər ay stabil olaraq ailəni 20 kq ətlə təmin edir.
    Görüləcək işlər bu şəkildə aparılır:
    1) 6 dişiyə nömrə veririk (1,2,3,4,5,6)
    2) Misal üçün başladıq yanvar ayında – 2 dişi cütə vuruldu 1 – 2 nömrələr.
    3) Fevral 1 -2 nömrələr doğdu (minimum 14 bala). Təmiz Kaliforniya sortu 8-12 bala verir, tələf olan balaları nəzərə alıb sayı minimum götürürük. 2 dişi Fevralda cütə vuruldu 3-4.
    4) Martda 3-4 doğdu. 2 dişi martda cütə vuruldu 5-6. Və 1-2 yenidən cütə vuruldu.
    5) Apreldə 1-2 və 5-6 doğdu. Aprel 3-4 cütə vuruldu.
    6) May 3-4 doğdu. Mayda 1 – 2-nin balaları 3 aylıq oldular, və kəsimə getdilər:
    14 ədəd 3 aylıq təmiz Kaliforniya sortu olan dovşanlar hər biri minimum 1,5kq ət verir, buda edir 21kq.
    7) İyun 3-4 nömrəli dişilərin (mart) balaları 3 ayında kəsildilər – 21kq ət.
    8) İyul 1-2 və 5-6-nın balaları 3 ayında kəsildilər – 42kq ət.
    9) Avqust 3-4 nömrəli dişilərin balaları 3 ayında kəsildilər – 21kq ət.
    Qeyd: Fikir verdinizsə may ayından sentyabr ayına qədər dovşanları cütə vurmuruq (havaların çox isti olduğuna görə). Əgər tövlənizdə soyutma sistemi varsa, onda bu proses ardıcıl olaraq dayanmadan davam edir. Və 4 aya hər dişi əlavə olaraq iki dəfə bala verir.
    10) Sentyabr 1-2 və 5-6 cütə vuruldu.
    11) Oktyabr 1-2 və 5-6 doğdu. 3-4 cütə vuruldu.
    12) Noyabr 3-4 doğdu. 1-2 və 5-6 təzədən cütə vuruldu.
    13) Dekabr 1-2 və 5-6 doğdu. 3-4 təzədən cütə vuruldu.
    14) Yanvar 1-2 və 5-6-nın balaları kəsildi, və 42kq ət

Qeyd: 1-ci il yay mövsümünü nəzərə alaraq bu dovşan ferması sizə minimum 110kq ət verəcək. Sonrakı illərdə hər ana yay mövsümünü nəzərə alaraq 4 dəfə bala verməklə orta hesabla 30 bala verir, buda 3 ayında hər dişiyə 45kq ət deməkdir.
6 ana x 45kq ətə = 270kq ət 270kq : 12 ay = 22,5kq ət. Minimum hesab ilə 6 ananın hər ay verdiyi ət 22,5kq bərabərdir.
Nəzərinizə çatdırım ki bu tam real bir hesabatdır, və göstəricilər minimum olaraq götürülüb.
Bir ana dovşan rahat 2 il bala verir, və başlanğıcda əldə etdiyiniz 2 xətt damazlıq dovşandan özünüz üçün 3-cü xətt çıxarıb 2 ildə o xətt ilə davam etdikdən sonra sizə yeni 3 dişi və bir erkək dovşan lazım olacaq, yəni 4 ildən sonra.
Əlbəttə ki, bu iş o qədərdə asan deyil və digər təsərrüfatlarda olduğu kimi bu işdə vaxt, diqqət və bir balaca əziyyət tələb edir. Və əlbəttə ki əgər tam sıfırdan başlayırsınızsa, tövlənin, yuvaların tikilməsi orta hesab ilə 1500-2500 manat, damazlıq heyvanların əldə edilməsi 500 manat vəsait tələb edir.
Hal hazırda mal ətinin 1kq-mı qiyməti 11 manat olduğunu nəzərə alıb, ildə 270kq ətin 2970 manat elədiyin və dovşan ətinin mal ətindən dəfələrlə xeyirli və ləzzətli olmağında nəzərə alaq.
Odur ki özüm şəxsən 2 ildir dovşançılıq təsərrüfatı ilə məşğulam və bu dovşan biznesi işini bütün yaxınlarıma və tanışlarıma məsləhət görürəm.

Elsevər (Alik) Əliyev
Məhəmmədi Kroll

Sonda lazımlı olar deyə bir sxem də yerləşdirdik. dovşan ferması qurmaq

Dovşan ferması və dovşan biznesi ilə bağlı digər məqaləmizlə də tanış ola bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669