Özbəkistanda kartofçuluq sahəsinin inkişafı üçün atılan addımlar

Bu il Özbəkistanın Daşkənd vilayətində taxıl bitkiləri yığıldıqdan sonra 12 min hektar əkin sahəsindən 244 min ton kartof yığılması planlaşdırılır. Bu, 2019 -cu il məhsulu ilə müqayisədə 59% artım deməkdir. Ümumilikdə isə məhsul 533 min tondan çox olacağı gözlənilir.

kartofun düzgün saxlanılma qaydları

Qeyd etmək lazımdır ki, Özbəkistan Prezidentinin 6 may 2020-ci il tarixli

“Respublikada kartof istehsalının genişləndirilməsi və kartof toxumu istehsalının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” sərəncamına uyğun olaraq ölkə özünü yerli istehsal kartofu ilə tam təmin etməlidir”.

Bunun üçün də bölgələrdə kartofçuluq sahəsində ixtisaslaşmış kartof klasterləri və kooperativlər yaradıldı.

Onların fəaliyyətlərinin əsas istiqamətləri, xüsusən

  • daxili bazarda istehlakçı və toxum kartoflarına olan tələbatın ödənilməsi, ixracının genişləndirilməsi,
  • kartof əkmək üçün ayrılmış əkin sahəsinin ən azı 50 faizində superelit və (və ya) elit toxum kartofunun reproduksiyası istehsalının təşkili,
  • toxum kartofunun saxlanmasının, seçilməsinin, təhvil verilməsinin və emalının təşkili,
  • qabaqcıl texnologiyaların, innovativ üsulların və kartofçuluq sahəsində elmi nailiyyətlərin tətbiqidir.

 Eyni zamanda, 1 may 2020-ci il tarixindən etibarən əkinçilik və kartof istehsal edən kənd təsərrüfatı müəssisələrinə toxum kartofunun alınması, habelə kartof yetişdirən qruplar və kooperativlərin maliyyələşdirilməsi üçün 12 aylıq kommersiya kreditləri də ayrılır.

Qeyd edək ki, Özbəkistanda Sahibkarlığa Kömək Dövlət Fondunun vəsaitləri hesabına aşağıdakı xərclər ödənilir:
  • Milli valyutada ayrılmış kommersiya kreditləri üzrə faiz dərəcəsinin Mərkəzi Bankın baza dərəcəsindən yuxarı olan hissəsi (lakin 10 faizdən çox olmayan hissəsi)
  • xarici valyutada ayrılan kreditlər üzrə faiz dərəcəsinin 30 faizinə qədəri

Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyinə və Özbəkistanın bostan tərəvəzləri və kartof  üzrə Elmi-Tədqiqat İnstitutuna, xüsusən istehlakçı və toxum kartofunun yeni yüksək məhsuldar sortlarının yaradılması və elmi yeniliklərin tətbiqi tapşırılmışdır.

Eləcə də, ölkədə bostan tərəvəzləri və kartof  üzrə Elmi Tətqiqat İnstitutunun nəzdində innovativ yeniliklərin tətbiqi və kartof sortlarının seleksiyasında toxumçuluğunun inkişafı üçün Fond yaradılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!