Özbəkistanda suvarma sisteminin inkişafı üçün fərman qəbul edilib

Özbəkistanda “Su idarəçiliyi konsepsiyasının 2020-2030-cu illər üçün təsdiqlənməsi haqqında” Prezidentin fərmanını qəbul edilib.

Bu fərmanla Özbəkistan Respublikasının su təsərrüfatının 2020-2030-cu illər üçün inkişaf konsepsiyası təsdiq edildi.

Konsepsiyanın prioritet istiqamətlərindən biri su anbarlarının digər su obyektlərinin təhlükəsizliyini və etibarlı işini təmin etməkdir. Fərmana əsasən 2030-cu ilədək aşağıdakı göstəricilərə nail olmaq nəzərdə tutulur:

– suvarma sistemlərinin səmərəliliyini 0,63-dən 0,73-ə qədər artırmaq;

– su təchizatı səviyyəsi aşağı olan suvarılan torpaq sahələrinin 560 min hektardan 190 min hektara endirilməsi;

– şoranlaşmış suvarılan torpaq sahələrinin 226 min hektara qədər azalması;

– Su Resursları Nazirliyinin nasos stansiyaları tərəfindən elektrik enerjisi istehlakının illik həcminin 25 faiz azaldılması;

– suyun qeydiyyatı prosesində rəqəmsal texnologiyaların («Smart Water») tətbiqi ilə suvarma sisteminin bütün obyektlərində su ölçmə və idarəetmə qurğularının quraşdırılması;

agroexpertaz_damcısuvarmaüsulu

– 100 iri su obyektində su idarəetmə proseslərinin avtomatlaşdırılması;

– kənd təsərrüfatı bitkilərinin suvarılması üçün su qənaət texnologiyaları ilə əhatə olunmuş ümumi ərazinin 2 milyon hektara çatdırmaq

– damcı suvarma texnologiyaları ilə təchiz edilmiş sahələrin 600 min hektara çatdırılması;

– dövlət ilə özəl şirkətlər arasında tərəfdaşlıq prinsipləri əsasında suvarma sektorunda 50 layihənin həyata keçirilməsi.

Bu Fərmanda nəzərdə tutulmuş vəzifələri tam və vaxtında yerinə yetirmək üçün Su Resursları Nazirliyinin sistemində bir şöbə yaradılacaq.

Həmçinin bu fərman ilə Konsepsiyada müəyyən edilmiş vəzifələrin 2020-2022-ci illərdə həyata keçirilməsi üçün “Yol xəritəsi” təsdiqlənib.

“Yol Xəritəsi”nə görə, su ehtiyatlarının idarə edilməsi, suyun səmərəli istifadəsi və su istehlakı üçün səmərəli mexanizmlərin tətbiqi üçün Su Məcəlləsi hazırlanacaqdır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669