Özbəkistanın meyvə-tərəvəz ixracı kəskin şəkildə azalıb
Özbəkistan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-may aylarında meyvə və tərəvəzin ixracının həcmi 542,4 min tondan çox olub və dəyər baxımından 305.1 milyon dolları keçmişdir 2019-cu ilin eyni dövrü ilə müqayisədə bu azalma tempi müvafiq olaraq 10% və 40.9% olmuşdu.
Təqdim olunan məlumatlardan da görmək olur ki, ixracın həcmi cəmi 10% azalmış olsa da, ixracın dəyərində azalma daha çox müşahidə olunur.
170,6 milyon dollar dəyərində 443,3 min ton tərəvəz, 98,4 milyon dollar dəyərində 67,4 min ton meyvə və giləmeyvə ixrac edilib. 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə bu azalma tempi 35,8% və 27.4% təşkil etmişdir.
Yanvar-may aylarında Özbəkistanda meyvə və tərəvəz ixracı
Bu aylarda ixracın ümumi həcmində meyvə və tərəvəzin payı 5,9% təşkil etmişdir.
Meyvə və tərəvəz ixracının coğrafiyası (yanvar-may 2020)
2019 | 2020 | |||||
ÖLKƏLƏR | min ton | Milyon dollar (ABŞ) | Ümumi həcmin neçə faizi | min ton | Milyon dollar (ABŞ) | Ümumi həcmin neçə faizi |
Qazaxıstan | 226,3 | 110,9 | 21,5 | 239,5 | 91,6 | 30 |
Rusiya | 92,4 | 49,7 | 9,6 | 112,2 | 68,2 | 22,4 |
Qırğızıstan | 35 | 160 | 31 | 47,3 | 52 | 17,1 |
Əfqanıstan | 19,9 | 20,4 | 4 | 37,9 | 20,2 | 6,6 |
Pakistan | 16,7 | 19 | 3,7 | 10,4 | 11,8 | 3,9 |
Çin | 22,9 | 17,4 | 3,4 | 13,6 | 11,2 | 3,7 |
Tacikistan | 2,7 | 3,7 | 0,7 | 10,2 | 7,3 | 2,4 |
Ukrayna | 43,3 | 26,1 | 5 | 12,5 | 6,3 | 2,1 |
Türkiyə | 47 | 61,4 | 11.9 | 4,9 | 5,7 | 1,9 |
İraq | 13,1 | 5,4 | 1 | 19,6 | 5,1 | 1,7 |
Belarusiya | 8 | 4,5 | 0,9 | 6,8 | 4,7 | 1,5 |
Türkmənistan | 12,6 | 2,9 | 0,6 | 12,5 | 3,1 | 1 |
Almaniya | 1,2 | 3,1 | 0,6 | 0,8 | 2,5 | 0,8 |
Azərbaycan | 3,4 | 2,7 | 0,5 | 2,2 | 2,4 | 0,8 |
Gürcüstan | 6,9 | 2,2 | 0,4 | 3,3 | 2,4 | 0,8 |
ABŞ | 0,6 | 1,4 | 0,3 | 0,7 | 1,8 | 0,6 |
Digərləri | 50,3 | 25,5 | 4,9 | 8 | 8,9 | 2,9 |
Meyvə və tərəvəz ixracının dəyər baxımından ən böyük həcmi Qazaxıstana edilir (meyvə və tərəvəzin ümumi həcminin 30,0% -i), bu Rusiya Federasiyasına ixracın həcmini 1,3 dəfə üstələyir.
Bir sıra ölkələrə meyvə və tərəvəz ixracı ciddi şəkildə azalıb. Qazaxıstana ixracın həcmi – 17,4%, Çinə – 35,6%, Pakistana – 37,9%, Qırğızıstana – 67,5%, Ukraynaya – 75,8%, Türkiyəyə – 90,7% həcmində azalma müşahidə olunub.
Bununla yanaşı, bəzi ölkələrə meyvə və tərəvəz ixracının həcmi artıb. Rusiyaya ixracın həcmində – 37,2%, Tacikistana ixracda isə 2 dəfə artım müşahidə edilmişdir.
