Pambıq yığımı üçün hazırlıq

Beyləqan və İmişli rayonunda pambıq yığımına hazırlıq mövzüsuna həsr olunmuş müşavirə keçirilib. Gəlin baxaq müşavirənin nəticəsi nə oldu?

Pambıq yığımı

müşavirəBeyləqandakı Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə rayonda pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, fermerlər, mexanizatorlar və mütəxəssislər iştirak ediblər.

Tədbirdə Prezident İlham Əliyevin iştirakı ilə bu il martın 26-da Bərdə rayonunda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində verilmiş tapşırıqların icrası vəziyyəti müzakirə olunub.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov respublikada pambıqçılığın inkişafı strategiyasından söz açıb. Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələri diqqətə çatdırıb. Pambığın strateji məhsul olduğunu deyən Seyfəddin Talıbov dünyada bu məhsulun inkişafının 7 % azaldığını, ehtiyacın isə 5 % artdığını vurğulayıb.

Pambıqçılığın inkişafı

Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu qeyd edilir. Xatırladan nazir müavini pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Prezidentin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib.

Sentyabrın 4-də İmişlidəki Heydər Əliyev Mərkəzində də Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə rayonda pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Onun sözlərinə görə, İmişlidə kənd təsərrüfatının kompleks inkişaf etdirilməsi ilə bağlı aparılan işlər öz gözəl nəticəsini verir. Rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, ənənəvi sahə olan pambıqçılığın inkişafına da xüsusi diqqət yetirilir.müşavirə

Məhsul istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilib. Bu il isə rayonda 13 min 645 hektar sahədə pambıq əkilib. Artıq sahələrdə becərmə işləri başa çatıb. Yaxın günlərdə kütləvi pambıq yığımına başlanacaq. Bunun üçün rayonda bütün lazımi hazırlıq işləri görülüb. Pambıq qəbulu məntəqələri, yığıma cəlb olunacaq texnika tam hazır vəziyyətə gətirilib.

Müşavirənin nəticəsi nə oldu?

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Azad İbrahimov və s mövzularında çıxış ediblər və bunları nəzərə alıblar:

  • Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməlidir;
  • Bitki mühafizə vasitələrindən səmərəli istifadənin təşkilidir;
  • Pambığın yüksək aqrotexniki qaydada becərilməlidir;
  • Texnika və gübrə ilə təminatın vəziyyətidir.

Tədbirdə fermerlərin sualları cavablandırılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

 

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!