Paxlalı tərəvəz bitkilərinin becərilmə texnalogiyası

Paxlalı bitkiləri becərmək bir çoxlarına çətin gəlir və ya düzgün becərə bilmirlər. Bu səbəbdən həmin tərəvəzlərin yetişdirilmə texnologiyasını sizlərə təqdim edirik.

Paxlalı tərəvəz bitkisi kimi tərəvəz lobyası, göy noxud və paxla bitkisindən bəhs edəcəyik.

Paxlalılar zülalla zəngin olmaqla, havanın sərbəst azotundan (azotobakterlərin hesabına) istifadə edərək torpaqda lazımı miqdarda azot toplayır.

Elmi-tədqiqat qida institunun verdiyi məlumata görə adambaşına 13kq paxlalı tərəvəz bitkiləri, o cümlədən 3 kq. göy noxud qəbul olunmalıdır.
Göy noxudun tərkibində zülaldan başqa A, B, və C vitaminləri vardır.
Paxlalılar üçün ən yaxşı sələf bitkisi şəkərli qarğıdalı, çuğundur, kartof və kələm hesab edilir.

Paxlalılar eyni tarlaya ən tezi 3-4 ildən-bir gələ bilər. Eyni tarlada ikinci dəfə əkilə bilməz. Çünki, xəstəlik və zərərvericilərə tutula bilər.

Paxlalılardan göy noxudun aşağıdakı sortları becərilir:

Jeqalov, Alfa,Adaqumskiy, Prevasxodnıy -240, Ranniy-301, Fidan.

  • Göy lobyanın sortları: – Sasa bez volokno-615, Zülal.
  • Paxla: – Ruskiye çornoye, Ruskiye belıye, Belarusskaya.

Paxlalılardan göy noxud və paxla bir mövsümdə – yazda səpilir. Lobya ilə həm erkən yazda və payızda məhsul almaq üçün yayda səpilir.

Yaz səpini üçün sahə payızdan hazırlanır. Çünki, yaz əkinləri lazımı nəmişliyi torpaqda təmin etmir. Bu bitkilərin səpini yazlıq buğdadan qabaq aparılır. Səpin dərinliyi 4-6 sm. olmaqla, cərgəaraları 25-30 sm. götürülür.

Göy noxud üçün cərgəaralarını 15 sm-ə qədər kiçiltmək mümkündür. Belə etdikdə kütləvi çiçəkləmə və kütləvi yetişmə baş verir. Hektara 150-200 kq göy noxud, 70-150 kq lobya, paxla 200-250 kq səpilir. Səpindən sonra sahə xırda dişli dırmıqla malalanır. Cücərtilər 10-15 sm olduqda malalama təkrar olunur. Sahə həddindən artıq alaqlarla zibilləndikdə herbisid kimi kalsium sianamiddən istifadə edilir (150kq/ha).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!