Payız mövsümündə açan çiçəklər

Çiçəklər hər mövsümdə gözəldir, ancaq hər çiçək mövsümündə açdıqda daha gözəldir. Çiçəklər, mövsümlərə görə inkişaf edirlər. Havanın temperaturu, günəşin mövqeyi və yağışlar bitki örtüyünə istiqamət verir. Hava hər necə olursa olsun: aydınlıq, günəşli ya da yağışlı.. Agroexpert.az mövsümündə bağçanızı rəngləndirən payız çiçəkləri haqqında məlumatı təqdim edir.

Təbiətdə sarı və qırmızı tonların hakim olduğu dövr, payız mövsümüdür. İlk növbədə sərinləyən hava ilə bitki örtüyünün inkişafı ləngiyir. Sonra yaxınlaşan soyuqlar bütün təbiəti intensiv istirahət dövrünə aparır. Buna baxmayaraq hələ də bizim üçün payız mövsümündə açan çiçək variantları mövcuddur.

Hipsofila çiçəyi-Gypsophila

İşığı sevən hipsofila çiçəyi, əsasən payız mövsümündə çiçəklərini açır. Baxımı olduqca asandır.

Amarant çiçəyi-Amaranthus

Qotaz şəklində olan bənövşəyi və ağ rəngli çiçəkləri ən çox payızda açır. Yazdan sonra havalar sərinləməyə başlayanda, üstünlük verilən çiçəklərdəndir.

Quduzotu – Alyssum Maritimum

Kiçik çiçəkləri və xoş qoxusuyla quduz otu payızın ortalarında çiçəkləyir.

Portağal Nərgizi-Calendula Officinalis

Narıncı rəngiylə olduğu mühitə canlılıq verən çiçək, ən çox    payızda çiçəklənməyə başlayır.

Bunlara əlavə olaraq bəzi yerlərdə iqlim xüsusiyyətlərinə bağlı olaraq digər mövsümlərdə açan çiçəklərdən; siklamen (cyclamen), xrizantema(Chrysanthemum), ulduz çiçəyi ( Dahlia), zinya (Zinnia Elegans), azaliya ( Azalea), kosmos (cosmos), Milad ulduzu (Poinsettia)çiçəyi və məxmər çiçəyi(Tagetes) də payızda açan çiçəklərdəndir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107