Payızda immunitet qaldırmaq yolları

Payızda immunitet necə qorunmalıdır?!

Havaların soyuması ilə əlaqədar qrip və soyuqdəymə kimi xəstəliklər özünü göstərməyə başlayıb. Ancaq gündəlik qəbul etdiyimiz qidalarda bir sıra dəyişikliklər edərək, payızda immunitet qaldırmaq elə də çətin deyil.

agroexpert.az payızda immuniteti qaldırmaq

Təzə qoz

Təzə qoz yeməyin ən məqsədəuyğun fəsli payızdır. Bu aylarda yeyilməsi lazım olan təzə qoz həm Omega-3, həm də E vitamini ilə zəngin olduğundan immunitet sistemini gücləndirir. Balıq yeməyi sevməyən şəxslər və vegeterianlar üçün mükəmməl Omega-3 və protein qaynağıdır. 100 qramında 654 kalori olduğu üçün arıqlamaq istəyənlər gündə 3-4 ədəddən artıq qoz yeməməlidirlər.

İspanaq

C və E vitaminilə zəngin olan ispanaq lutein, zeaksantin, betakaroten və glutatyon kimi birləşmələrlə zəngin olan bir antioksidantdır. Ürək və damar xəstəliklərindən qəbizliyə, xərçəngdən diabetə qədər bir çox xəstəliyə faydalı olan, həm su səviyyəsi yüksək, həm də aşağı kalorili bir tərəvəzdir.

Balqabaq

C vitamini baxımından da zəngin olan balqabaq antioksidant xüsusiyyətləri ilə immunitet sistemini gücləndirir, göz sağlamlığını və xərçəngə qarşı orqanizmi qoruyur.

Soğan-kəvər

A və C vitamini ilə zəngin olan soğan-kəvər immunitet sistemini qüvvətləndir bir çox birləşməyə sahibdir. Dietoloqlar bu göyərtini mövsümündə mütləq istifadə etmək lazım olduğunu deyirlər. Aşağı kalorili olduğundan pəhriz saxlayanlar üçün də faydalı bir alternativdir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673