Pendir suyunu necə dəyərləndirmək olar?

Pendir suyu, pendir istehsal edildikdən sonra qalan süd bulantısına deyilir. Böyük müəssələrdə bu suyu çox dəyərləndirmək imkanı olmur. Ona görə belə bir məqalə hazırlamaq qərarına gəldim ki, emaldan sonra qalan çoxlu miqdarda pendirin suyu israf edilməsin.

Südün yağı və qatı maddəsi pendirə çevrilir, qalan bol su, protein, müxtəlif minerallar və laktoza pendir suyunda qalır. Ona görə pendir suyu yağsız saf protein və mineral qaynağıdır. İki şəkildə olur adətən:

pendir suyu
  1. Turş su: Südü sirkə və ya limonla mayalandırdıqda.
  2. Şirin su: Südü normal mayalandırdıqda qalan su.

Pendir istehsalı böyüdükcə, bunun suyunu da emal eləmək məsələsi ortaya çıxdı. Əvvəlcə kosmetika sənayesində istifadə olunan pendirin suyu qısa vaxtda bir çox çeşid məhsul üçün tələb olunmağa başladı. Bəzi ölkələrdə artıq pendirin suyu özündən daha önəmli məhsula çevrilib. Pendir suyunun nə qədər geniş yayıldığını anlamaq üçün bəzi qablaşdırmalara baxmaq kifayət edir. Demək olar ki, bütün qablaşdırılmış qida məhsulunda pendirin suyu istifadə olunur.

Pendir suyu probiotikdir. Mədə bağırsaq sistemi xəstəliklərinə faydalıdır. Mədə bulanması, ishal və qarın ağrısına xeyirdir. İslandiyada həzm üçün istifadə olunan içkilərdən biri pendir suyuyla hazırlanır.

O qədər çox protein qaynağıdır ki, toz halında idmançılar istifadə edir. Bəzi idmançı yeməkləri yenə pendir suyuyla hazırlanır.

Pendir suyu haralarda istifadə olunur

  1. Su və süd əvəzinə, yeməklərdə istifadə olunur. Çörək, keks, börək və blinçik bununla hazırlanarkən çox dadlı olur.
  2. Pendirin uzun müddət saxlanması üçün istifadə olunur.
  3. Keçi balaları çox iştahla pendirin suyunu yeyirlər.
  4. Heyvan rasyonlarına qatılıb istifadə edilə bilir.
  5. Makaronu pendir suyuyla qaynatsanız çox dadlı olacaq.
  6. Kartof püresini pendir suyuyla hazırlaya bilərsiniz.
  7. Pendir suyu təkrar emal edilib rikotta və ya lor pendiri əldə edilir.
  8. Pendir suyu ilə turşu qoymaq mümkündür.
  9. Noxud, lobyanı islanmağa bu suda qoyun daha yaxşı həzm olacaqlar.
  10. Bibər, duz, sarımsaq vurub ət marinovat edə bilərsiniz.
  11. İdmançılar üçün əzələ artırmağa çox yararlıdır.
  12. Soyuq aylarda qripə qarşı qızdırıb bal qataraq içmək faydalıdır.
  13. Gül, çiçək və tərəvəzləri pendir suyuyla sulamaq faydalıdır.
  14. Pendir suyundan it yalı hazırlanır. İt, pişiklərin mamalarını bu suyla qarışdırıb verin.
  15. Ördək, toyuqların yeminə qatıb verdikdə yumurtaları sağlam olur.
  16. Kosmetika sənayesində geniş istifadə olunur. Üzə, saça çəkilir.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!